Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

CNBC: İlon Mask təcili şəkildə Twitter-ə yeni rəhbər axtarır

Twitter-in sahibi və baş icraçı direktoru İlon Mask şirkət üçün yeni baş direktor axtarır…

PİA.az xəbər verir ki, bu barədə CNBC telekanalı öz müxbiri Devid Faberin mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Mask daha əvvəl sosial şəbəkənin baş direktoru vəzifəsini müvəqqəti icra etdiyini demişdi. Noyabr ayında milyarder zamanla Twitter-i idarə edəcək başqa birini tapacağına ümid etdiyini söyləmişdi. Ötən bazar günü, dekabrın 18-də Musk tvitində onun “varis yoxdur” yazıb.

“Söhbət baş direktor tapmaqdan getmir. Məsələ Twitter-i yaşada biləcək CEO tapmaqdır”, deyə Mask yazıb.

Qeyd edək ki, dekabrın 18-də Mask Twitter istifadəçiləri arasında sorğu keçirərək, onları şirkətin baş direktoru vəzifəsində qalması və ya getməsi barədə səs verməyə dəvət edib. Səsverməyə başlayarkən o, çoxluğun fikrinə tabe olacağına söz verib. Sorğuda iştirak edən 17,5 milyon iştirakçının yarıdan çoxu iş adamının sosial şəbəkənin rəhbəri postundan getməsinə səs verib.

CNBC iddia edir ki, Mask bu sorğu dərc edilməmişdən əvvəl də Twitter üçün yeni CEO axtarıb.

Maskın dövründə Twitter-ə nə oldu

Twitter-i aldıqdan sonra Mask idarə heyətini ləğv etdi, bir çox top menecerləri və işçilərin təxminən yarısını işdən çıxardı. Milyarder qalan işçilərə ultimatum verdi: ya onlar “son dərəcə ağır şəraitdə” işləməyə razılaşacaqlar, ya da işdən çıxacaqlar. Bundan sonra şirkətin 1000-ə yaxın əməkdaşı işdən çıxmaq üçün ərizə verib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Xalq artisti Bəsti Cəfərova: 19 yaşında gözəl idim, sevirdiniz, yaşlanmışam deyə atmalısınız? 

Tramp: İranın İsrailə raket hücumunun qarşısı alına bilərdi

Ən çox oxunanalar