Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

M1 magistral yolunda yenidənqurma işləri yekunlaşır - Fotolar

M1 magistral yolunda yenidənqurma işləri yekunlaşmaq üzrədir...

PİA.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. Məlumata görə, artıq yolun böyük bir hissəsində bütün bu işlər yekunlaşıb. Hazırda yolboyu aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün sərilməsi, layihə üzrə zəruri yerlərdə drenaj işləri və beton küvetlərin tikintisi davam etdirilir. Görülən işlərə paralel olaraq yol nişanları, məlumatverici lövhələr, siqnal dirəklərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri də yerinə yetirilir.

İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə 2 tərəfli hərəkət təmin edilib. 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb.

"Sürücülərdən bir daha təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur" -AAYDA-nın açıqlamasında qeyd edilib.

Fotolar

pia.az


Etiket: AAYDA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar