Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pfizer şirkətinin Covid-19 dərmanını onlayn satmasına icazə verildi

Çində ABŞ-ın dərman şirkəti Pfizer tərəfindən istehsal olunan Covid-19 dərmanının reseptlə internetdə satışına icazə verilib...

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, Çin Dövlət Şurası tibb müəssisələrinə verdiyi notada təcili istifadə icazəsi olan Covid-19 dərmanlarının reseptlə internetdə satıla biləcəyini bildirib.

Onlayn bir klinikanın Pfizer-in Covid-19 dərmanını xəstələrə qutusunu 2,980 yuan (427 dollar) dəyərində satmağa başladığı bildirilir.

Çinin Milli Dərman İdarəsi fevralın 12-də “Paxlovid” dərmanının şərti olaraq təcili istifadəsinə icazə verib.

Xəstəliyin əlamətləri zəif və ya orta dərəcədə olan, simptomların gedişatının həyati təhlükəsi ola biləcəyi xəstələr üçün istifadə oluna biləcəyi, yalnız yaşlı və ya xroniki böyrək, ürək-damar, ağciyər xəstələrinə təyin oluna biləcəyi qeyd edilib.

Virusa qarşı aktiv maddələr olan nirmatrelvir və ritonavirin birləşməsindən ibarət dərmanın klinik sınaqlarda Covid-19-a yoluxmuş insanlarda xəstəxanaya yerləşdirmə və ölüm riskini 88 faiz azaltdığı bildirilib. Laboratoriya tədqiqatlarında həbin Covid-19-un Omicron variantına qarşı da təsirli olduğu müəyyən edilib.

Qeyd edək ki, 22 dekabr 2021-ci ildə ABŞ Dərman və Qida İdarəsi Paxlovidin ağır xəstəlik riski olan 12 yaş və daha yuxarı xəstələrdə təcili istifadəyə icazə verib.

pia.az


Etiket: Pfizer

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar