Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan işğalçı rus ordusunun Qarabağdan çıxmasına göstəriş verməlidir” - Hafiz Hacıyev

Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri öz torpaqlarına gediblər və onlara heç kəs mane olmamalıdır”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev vətəndaşlarımızın Laçın-Şuşa yolunun bir hissəsində keçirdikləri aksiyanı PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiya sülhməramlılarının nəzarətində olan Laçın-Şuşa yolunun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri “Ekoloji terrora son” şüarı altında etiraz aksiyası keçirirlər. Aksiyaçılar Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gəlişini tələb edirlər. Aksiya keçirilən əraziyə rus sülhməramlılara dəstək üçün əlavə qüvvə cəlb edilib.

Bəs nə baş verir? Bakı nəyə nail olmaq istəyir?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Qarabağda anti-terror əməliyyatının yenidən aparılmasının vaxtı çatıb”.

Laçın-Şuşa yoluna göndərilən hərbçilərimizin rus ordusuna onların öz dillərində hər bir məsələni başa salmalı olduğunu bildirən partiya sədri əlavə edib ki, onlar başa düşməsələr bizim “Dəmir yumruğ”umuz yenə öz yerindədir:

Rusiya-Azərbaycan-Ermənistan arasında imzalanmış 10 Noyabr Bəyanatının maddələri icra olunmalıdır. Amma çox təssüf ki, bəyanat bu günə qədər icra olunmur. Laçın-Şuşa yolu da Azərbaycanın ərazisidir və Azərbaycanın suverenliyi o ərazilərdə də tam təmin olunmalıdır. Laçın-Şuşa yolunu Azərbaycan tərəfi çəkib və Azərbaycan xalqının istifadəsinə verib.

Amma bu gün sülhməramlı adı ilə Azərbaycana gələn işğalçı bir ordu və həmin orduya başçılıq edən Andrey Volkov ermənilərin müdafiəsi ilə məşğuldurlar. Onlar istəmirlər ki, Azərbaycanın suverenliyi Qarabağ ərazisində tam təmin edilsin. Azərbaycan çalışır ki, 10 Noyabr Bəyanatında olan bütün məsələlər öz həllini tapsın. Amma bu günə qədər Moskvanın bu işlərdə inadlı müqavimət göstərməsi bizi təəccübləndirir.

Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri öz torpaqlarına gediblər və onlara heç kəs mane olmamalıdır. Lakin vətəndaşlarımıza öz torpaqlarında mane olurlar. Buna görə də düşünürəm ki, Azərbaycan işğalçı rus ordusunun Qarabağdan çıxmasına göstəriş verməlidir. Ərazi bizimdir və biz orada rus ordusunun olmasını istəmirik.

Hafiz Hacıyev: “Biz bütün dünyaya bəyan etməliyik ki, Rusiyanın işğalçı ordusu artıq Azərbaycan ərazilərini zəbt edir”.

Qarabağda anti-terror əməliyyatının yenidən aparılmasının vaxtı çatıb. Ermənilərin və rusların işğaldan azad olunan ərazilərimizdə at oynatması artıq yetərlidir. Laçın-Şuşa yoluna göndərilən hərbçilərimiz rus ordusuna onların öz dillərində hər bir məsələni başa salmalıdır. Onlar başa düşməsələr bizim “Dəmir yumruğ”umuz yenə öz yerindədir. Bu yolla biz onları başa sala bilərik.

Eyni zamanda biz bütün dünyaya bəyan etməliyik ki, Rusiyanın işğalçı ordusu artıq Azərbaycan ərazilərini zəbt edir. Bu yöndə bütün dünya ictimaiyyətini məlumatlandırmalıyıq. Biz xalq, siyasətçilər, media olaraq dünyaya car çəkməliyik ki, ruslar Azərbaycan torpaqlarını işğal etməklə məşğuldur. Həmçinin rusların erməni terrorçularının Azərbaycan ərazisində terrorçuluqla məşğul olmasına kömək etdiklərini də sübut etməliyik”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu təbrik edib

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

İsrail Qəzzada HƏMAS bölmələrinin əksəriyyətinin məğlub olduğunu elan edib

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Ən çox oxunanalar