Britaniya kəşfiyyatı Rusiyanın müharibə planını açıqlayıb...
Moskva hələ də Ukraynanın dörd vilayətini tamamilə işğal etmək istəyir. PİA.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının məlumatında bildirirlir.
Məlumata görə Rusiya hələ də Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin adminstrativ sərhədləri çərçivəsində işğal planını davam etdirməkdə iddialıdır. Bu hazırda Ukrayna müharibəsində Rusiyanın əsas hədəfidir.
Britaniya kəşfiyyatı qeyd edir ki, Rusiyanın bu planı çətinki, baş tutsun:
“Hazırkı şəraitdə Rusiyanın bu strategiyası çətin ki, baş tutsun. Bunun ehtimalı çox aşağədər. Çünki Rusiya ordusu hazırda effektli zərbə gücü yaratmaq imkanlarında deyil. Bu vilayətləri yenidən işğal altına qaytarmaq üçün Rusiyanın daha böyük resurslara ehtiyacı var”, deyə Britaniya kəşfiiyyatının məlumatında qeyd edilir.
pia.az