Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhməd Obalı Xüdafərin körpüsünü ziyarət edib - Foto

Güney azərbaycanlı fəal, siyasi mühacir, Günaz TV-nin qurucusu Əhməd Obalı bu gün tarixi Xudafərin körpüsünə ziyarət edib.

“Report”un məlumatına görə, Əhməd Obalı Xudafərin körpüsünü ziyarət edərkən duyğusal anlar yaşadığını dilə gətirib.

“Təsəvvür edilməsi çox çətindir. Mən 42 il öncə suyun o tayından ayrılmışam. Uzun müddət ərzində çəkdiyimiz Vətən həsrəti çox çətindir”, - Ə.Obalı bildirib.

O qeyd edib ki, Xudafərin körpüsü Azərbaycan xalqını ikiyə bölmək üçün deyil, Arazın o tayı ilə bu tayını ayırmaq üçün deyil, əlaqələndirmək üçün inşa edilib:

“Bu körpü çayın sağ və sol sahillərini birləşdirir. Lakin, təəssüf edirəm ki, bu körpü indiyə kimi həsrət körpüsü kimi ad alıb. Amma, buna baxmayaraq, indi birlik körpüsü adı alacağına az qalıb”.

Əhməd Obalı uzun illər mühacirətdə olmasına baxmayaraq, heç bir zaman bu torpaqların birləşməsinə inamını itirmədiyini vurğulayıb:

“Biz hər zaman mübarizəmizi Arazın qanla doydurulan suyunun nurlanması, xalqımızın birləşməsi yolunda davam etdirdik və etdirəcəyik də”.

“Mən və mənim kimi milyonlarla soydaşlarımızın inamı budur ki, biz tezliklə illər böyük karvanları yol olan, insanların görüşməsi üçün istifadə edilən körpünün o tarımda da, bu tayında da Azərbaycan bayrağı dalğalanacaq. Buna kimsənin şübhəsi olmasın. Mən burdan soydaşlarımıza da səslənirəm ki, daha çətin və daha dəyanətli olsunlar”, - o əlavə edib.

Fotolar

pia.az 


Etiket: Əhməd Obalı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu təbrik edib

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

İsrail Qəzzada HƏMAS bölmələrinin əksəriyyətinin məğlub olduğunu elan edib

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Ən çox oxunanalar