Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Navalnını öldürəcəkmi, yoxsa ondan Rusiya-Ukrayna danışıqlarında “kozır” kimi istifadə edəcək?

Aleksey Navalnının sağ qalması, Rusiyanın müxalifət liderinin Vladimir Putin üçün gələcək sövdələşmə obyekti kimi dəyərindən asılı ola bilər...

PİA.az The Guardian-a istinadən xəbər verir ki, bunu Navalnının baş köməkçisi Leonid Volkov bildirib və əlavə edib ki, qeyri-müəyyən müddətə karserə salınmıç müxalifət liderinin sağlamlığı risk altındadır.

Londona səfəri zamanı The Guardian-a danışan Leonid Volkov bildirib ki, Navalnıya ailəsi ilə görüşə imkan verilmir və o, ötən həftə həbsxana rəhbərliyinin onu təcrid etmək qərarından sonra, daimi olaraq “8-12 fut”luq kamerada saxlanılır.

Volkov qeyd edib ki, Navalnının vəkillərinə iş günləri ona həbsxanada baş çəkməyə icazə verilirdi, artıq bu icacələr də qaldırılb: “Onunla yalnız qeyri-şəffaf şüşə arxasından danışa bilərlər, yəni vəkillər onun real fiziki vəziyyətini müşahidə edə bilmirlər”.

Siyasətçinin köməkçisi bildirib ki, Navalnının əvvəllər müəyyən dərəcədə ictimaiyyətə müraciət edə bilirdi, çünki o, mütəmadi olaraq həbsxanadan ismarıc yollaya bilir və onun social şəbəkədəki profili həm Rusiyadan, həm də xaricdən işlədilirdi.

Dostları Navalnının vəkilləri ilə ünsiyyətindən təşkil olunmuş Twitter lentinə dəstək verirlər, lakin onlar bunun da təsirinin tədricən zəifləyəcəyindən və ictimaiyyətin diqqətindən uzaqlaşacağından narahatdırlar.

“Etiraf etməliyəm ki, indi vəziyyət, çox pisdir, çünki indi Navalnın xarici dünya ilə əlaqəsi çox məhduddur, sağlamlığı təhlükə altındadır və fiziki vəziyyəti daha da pisləşə bilər” deyə, Volkov bildirib.

Navalnının tərəfdarları hesab edirdilər ki, Putin müxalifət liderinin həbsxanada zorakılıqla ölməsini istəməz, çünki belə olduğu tədqirdə, Rusiya prezidenti günahlandırılacaq: “Dünya onu izləyirdi və nəticədə o, bir növ qorunurdu”, deyə Navalnın köməkçi qeyd edib.

Lakin fevralda Ukraynanın işğalı üçün başladılan müharibə Rusiya hakimiyyətinin düşüncələrini dəyişib: “Putinin əslində nə qədər dəli olduğuna dair qiymətləndirməmiz yanlış idi”, deyən Volkov xəbərdarlıq edib ki, Rusiya liderinin “sanksiyalara, beynəlxalq reaksiyalara əhəmiyyət verməyəcəyi” əvvəldən aydın idi.

Bununla belə, köməkçisi həbsdə vəziyyətinin pisləşməsinə baxmayaraq, Navalnının son nəticədə sağ qalacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Ukraynadakı müharibəni dayandırmaq üçün hər hansı danışıqlarda “Navalnı kozırı” Rusiya prezidenti üçün dəyərli ola bilər.

“Görünür, Putin reallıqla o qədər də təmasda deyil, lakin o, hətta mümkün gələcək ssenariləri haqqında düşünür. Belə bir şəraitdə Navalnı potensial sövdələşmə vasitəsidir. Bu mümkün ola bilər”, deyə Volkov bildirib.

Qeyd edək ki, Rusiyanın tanınmış müxalifət lideri Aleksey Navalnı “Noviçok” kimyəvi silahı ilə zəhərləndikdən sonra 2021-ci ilin fevralında müalicə aldığı Almaniyadan qayıtdıqdan sonra həbs edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Ən çox oxunanalar