Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST: “Mundial COVID-19-dan daha ölümcül pandemiyanın mənbəyi ola bilər”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri COVID-19-un daha ölümcül qohumu olan “dəvə qripi”nin (MERS) futbol üzrə dünya çempionatı zamanı yayıla biləcəyindən narahat olduqlarını açıqlayıblar.

Alimlər MERS-i dörd həftəlik turnir zamanı nəzəri olaraq baş verə biləcək səkkiz potensial infeksiya riskindən biri kimi qeyd ediblər. COVID-19 və meymunçiçəyi isə ən çox ehtimal olunan iki təhlükə kimi göstərilir.

Mütəxəssislər Qətərə futbol matçlarını izləmək üçün gedən azarkeşlərin çox olması səbəbindən xəstəliyin Böyük BritaniyaABŞ kimi digər ölkələrə də keçə biləcəyini irəli sürüblər.

Britaniyadan 5 minə yaxın azarkeşin Qətərə getdiyi bildirilib. Final oyunlarına qədər ingilis azarkeşlərinin sayının 1,2 milyona çatacağı gözlənilir.

Böyük Britaniyada sonuncu dəfə 2018-ci ilin avqustunda Yaxın Şərqdən gələn bir turistdə olmaqla, ümumilikdə yalnız beş MERS hadisəsi qeydə alınıb. Tədqiqatçılar xəstəliyin insandan insana keçməsinin mümkün olduğunu deyirlər.

Tədqiqatın müəllifləri azarkeşlərə dəvə südü və ya bişməmiş dəvə ətindən çəkinməyi tövsiyə ediblər.

“Dəvə qripi” kimi də tanınan Yaxın Şərq Tənəffüs Sindromu (MERS) nadir, lakin ciddi respirator xəstəlikdir.

Dünya çempionatına ev sahibliyi edən Qətərdə son 10 ildə onlarla insana MERS diaqnozu qoyulub. MERS yoluxdurduğu hər 100 adamdan 35-ni öldürür. (oxu.az)

pia.az 


Etiket: ÜST


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

Ən çox oxunanalar