Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda etirazçılara qarşı edam qərarı... - Cəza tədbirləri etirazları səngidə bilər?

İran parlamenti etirazçılara ölüm hökmünün tətbiq edilməsi ilə bağlı məhkəməyə müraciət edib...

Politoloq: “İranda etiraz aksiyalarını yatırmaq üçün müxtəlif üsullara əl atılır. Edam cəzasının tətbiqi birbaşa prezident İbrahim Rəisinin təklifidir”.

“Etiraz aksiyalarında səsləndirilən şüarlardan görürük ki, hakimiyyətə qarşı xalqın qəzəbi böyükdür”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə İranda etirazçılara edam hökmlərinin çıxarılması qərarını PİA.az-a şərh edərkən qeyd edib.

İran parlamenti bu həftənin başlanğıcında polis və təhlükəsizlik qüvvələrinə qarşı soyuq, ya da odlu silahdan istifadə edən etirazçılara ölüm hökmünün tətbiq edilməsi ilə bağlı məhkəməyə müraciət etdi. Bir çoxları hesab edir ki, hazırda İranda 14 min etirazçı həbs edilib və məhkəmə bütün bu həbs edilənlərin qətlinə dair hökm verə bilər.

Yayılan son məlumatlara görə, artıq İranın Kirmanşah vilayətində etirazları öz mahnıları ilə müdafiə edən 27 yaşlı repçiyə məhkəmə ölüm hökmü çıxarıb.

Xalqın vəkillərinin xalqa qarşı bu şəkildə davranışını necə dəyərləndirmək olar və cəza tədbirlərinin şiddətləndirilməsi etirazların səngiməsinə səbəb ola bilərmi?

İranda səngimək bilməyən etiraz aksiyalarını PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “İranda etirazlara qarşı edam qərarı beynəlxalq təpkiyə yol açacaq”.

Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı edam hökmlərinin çıxarılacağını və qeyri-farslari əhatə edəcəyini vurğulayan PİA.az-a politoloq bildirib ki, Azərbaycan belə bir qərara etiraz etməlidir:

İranda etiraz aksiyalarını yatırmaq üçün müxtəlif üsullara əl atılır. Edam cəzasının tətbiqi birbaşa prezident İbrahim Rəisinin təklifidir. Çünki inqilab vaxtı Rəisi məhkəmə və prokurorluq orqanlarında çalışıb, Ali Məhk\əmənin sədri olub və bir siyasətçilərə qarşı da edam hökmlərini özü verib. İndi də o, eyni ssenarini tətbiq edir. Bununla da Rəisi İran cəmiyyətində xof yaratmağa və etirazları boğmağa çalışır.

Qeyd edim ki, belə bir qərarın verilməsi həbs olunanların çoxunun edama məhkum edilməsi ilə nəticələnə bilər. Həmçinin edam qərarı bundan sonrakı etiraz aksiyalarına da şamil olunacaq. Etirazçıların edam qərarından əlavə İranda hakim olan rejim istənilən varianta da gedə bilər. Çünki İran rejimi daxili siyasi təlatümlə üzləşib. Proseslərin aktiv fazada davam edəcəyi və rejimin zəifləməsinə təsir edəcəyi gözlənilir.

Məhəmməd Əsədullazadə: Bu qərar beynəlxalq təpkiyə yol açacaq. Hətta İran rəsmilərina sanksiyalar tətbiq ediləcək. Bu, heç də etirazları səngitməyəcək”.

Amma, Qərbdə İranda rejimin dəyişməsində maraqlıdır. Əgər, belə qərar verilsə, Tehrana sanksiyalar artacaq və beynəlxalq izolyasiyası inkişaf edəcək. Onsuzda insan hüquqları sahəsində və vətəndaşlara zor tətbiq etdiyi üçün rejim sanksiyalara məruz qalır. Bu qərar isə, beynəlxalq təpkiyə yol açacaq. Hətta İran rəsmilərina sanksiyalar tətbiq ediləcək. Bu, heç də etirazları səngitməyəcək.

Etiraz aksiyalarında səsləndirilən şüarlardan görürük ki, hakimiyyətə qarşı xalqın qəzəbi böyükdür. Burada Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı edam hökmləri çıxarılacaq və qeyri-farslari əhatə edəcək. Azərbaycan belə bir qərara etiraz etməlidir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Abşeronda qadın sirkə turşusu içib öldü    

Oğuz-Qəbələ-Bakı su kəmərinin doldurulması başa çatdırılıb

Ən çox oxunanalar