"Bizim məqsədimiz regionda sabitliyin təmin olunmasıdır".
Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Azərbaycanın Baş naziri Əli Əsədovla birlikdə Şuşada keçirdiyi brifinqdə deyib.
O, bunun üçün nə lazımdırsa, edəcəklərini bəyan edib.
Türkiyənin vitse-prezidenti bildirib ki, hər kəs - xüsusilə gənclər Qarabağda və bölgənin ən gözəl şəhəri olan Şuşada olmalıdırlar: "Azərbaycana gəldiyim ilk gündən qonaqpərvərliyini nümayiş etdirən hər kəsə, o cümlədən həmkarım Əli Əsədova minnətdaram".
pia.az