Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş leytenant hərbçi həyat yoldaşını qətlə yetirdi - Yenilənib

Goranboy rayonunda törədilən qətlin bəzi təfərrüatları məlum olub...

Goranboyda qadının qətli ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə PİA.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 30-u saat 19 radələrində 1993-cü il təvəllüdlü Zəhra Babayevanın kirayədə yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Bəbir Həsənlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Zəhra Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bəbir Həsənli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

***

Goranboy rayonunda törədilən qətlin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Goranboy şəhər ərazisində Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Zəhra Cavid qızı Babayeva çox saylı bıçaq xəsarəti alaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs, onun həyat yoldaşı - 1993-cü il təvəllüdlü Naxçıvan MR Kəngərli rayon sakini, Bəbir İntiqam oğlu Həsənlidir. O, könüllü olaraq polisə təslim olub.

Qeyd edək ki, cütlük bir neçə həftə öncə ailə həyatı qurublar. Mübahisəyə səbəbin qadının boşanmaq istəməsi olduğu bildirilir.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***

Goranboyda hərbçi həyat yoldaşının başını kəsib.

 Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1994-cü il təvəllüdlü hərbçi, baş leytenant Həsənli Bəbir İntiqam oğlu arvadı, 1991-ci il təvəllüdlü MAXE Zəhra Babayevaya çoxsaylı bıçaq xəsarətləri yetirdikdən sonra qadının başını kəsib.

Cütlük oktyabrın 9-da rəsmi nikaha daxil olub. Z.Babayeva həyat yoldaşı ilə yaşamaq istəmədiyi üçün öldürüldüyü bildirilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov açıqlamasında bildirib ki, Goranboy rayon Polis Şöbəsinə qadının çoxsaylı bıçaq zərbələri ilə qətlə yeririlməsi ilə bağlı məlumat daxil olub:

"Dərhal rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir".

pia.az


Etiket: Goranboy Qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Sevmədiyi adamların əti ilə qidalanan, Rusiyanın ən yaşlı qatili Sofiya Jukova

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Bəzi rənglərdə olan maşınları alan yoxdur: Ən çox satılanlar hansılardır?

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Üç bürcün həyatında xoş dəyişikliklər olacaq    

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Ən çox oxunanalar