Şənbə, 08 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azercell" Rəqəmsal Kartının növbəli aktivasiyasına davam edir

"Azercell" qeydiyyatdan keçmiş müştəriləri üçün Rəqəmsal Kartının növbəli aktivasiyasına davam edir.

"Azercell"in “Kabinetim” tətbiqi vasitəsilə nağdsız hesablaşma, müxtəlif növ ödənişlər və digər əməliyyatları təhlükəsiz şəkildə həyata keçirməyə imkan verəcək rəqəmsal kartın mövcud xidmət istiqamətlərinə “Google Pay”, Keşbek və Cash-in xidmətləri də əlavə edilib.

Kartın və cüzdanın aktivləşdirilməsi – Kabinetim tətbiqi daxilində Azercell xidmət və satış mərkəzlərinə gəlmədən rahat və tez bir şəkildə Rəqəmsal Karta qoşulma imkanı.

“Müştərini tanı” (KYC) verifikasiyası – Real zaman rejimində üztanıma texnologiyaları əsasında ucdan-uca rəqəmsal identifikasiya imkanı.

“Google Pay” və “Apple Pay” - kartı üçüncü tərəflərə ötürmədən rahat və təhlükəsiz şəkildə nağdsız ödəniş həyata keçirmək imkanı.

Keşbek – bütün supermarket, yanacaqdoldurma məntəqəsi, aptek, və avtomobil ehtiyat hissələri mağazalarında 5%, digər ticarət və xidmət məkanlarında isə 1% keşbek imkanı.

Cash-in - eManat terminallarında rəqəmsal kartın balansının artırılma imkanı

Kartdan karta köçürmə (Card to Card) – ölkədaxili istənilən bank kartına heç bir xidmət haqqı tutulmadan kartdan-karta köçürmə etmək imkanı.

Cüzdandan cüzdana köçürmə (Wallet to wallet) – Azercell Rəqəmsal kartının istifadəçiləri arasında bir elektron cüzdandan digər cüzdana heç bir xidmət haqqı tutulmadan vəsait köçürmə imkanı.

Tətbiq daxilində balansın artırılması –hər hansı digər tətbiqə keçmədən cüzdanın balansını birbaşa Kabinetim tətbiqində artırmaq imkanı.

Kommunal ödənişlər – heç bir xidmət haqqı tutulmadan kommunal ödənişləri Kabinetim tətbiqində etmək imkanı.

Cüzdana bağlı olan nömrənin dəyişdirilməsi – abunəçinin karta bağlı mobil nömrəsini digəri ilə dəyişdirmə imkanı.

Kartın Pin Kodunun təyin edilməsi – istifadəçi tərəfindən kartın unikal pin kodunun yaradılması və dəyişdirilməsi.

"Azercell"in bazara “akart” ticarət markası altında çıxardığı bu rəqəmsal kartın yeni xidmət istiqamətlərinin genişlənməsi davam edəcək.

“akart” PAŞA Bank, Visa və AzInTelecom-la əməkdaşlıq çərçivəsində tərtib olunaraq ərsəyə gəlib. Kartın emitenti qismində PAŞA Bank, çıxış edir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sevmədiyi adamların əti ilə qidalanan, Rusiyanın ən yaşlı qatili Sofiya Jukova

Üç bürcün həyatında xoş dəyişikliklər olacaq    

Putinin Qərb təhdid mesajı: Rusiya Qərb ölkələrini vurmaq üçün kimlərə silah verəcək?..

Dolların qiyməti ilə bağlı önəmli xəbər: Bu tarixdə devalvasiya gözlənilir?

Hər şeydən narazı olan ermənilər indi də Almatı Bəyannaməsindən narazıdırlar...

Komitə sədri: "Orta aylıq əməkhaqqı 990 manat olacaq"

Dövlət qurumu kartdan-karta köçürmələrə dair xəbərdarlıq etdi

Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başlayıb, gündəlikdə 13 məsələ var

Azərbaycanda nikahın bağlanmasına mane olacaq daha bir hal müəyyənləşir    

Millimizin Ermənistanla oyununun başlama vaxtı dəqiqləşdi

Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə rəis təyin edilib

Bloomberg: Rusiyanın qazancı Çin üçün ağrıya çevrilir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay