Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəhimin prodüserindən iddialara cavab - "Bir toya 3500 manata gedirdi" - Video

“Çoxu deyir, Rəhimin pulu yox idi. Bir həkim var danışır, bilmirəm piar edir, ya nədirsə... Onun prodüseri olmuşam, gün ərzində ən azından iki toya gedirdi və ya bir. Bir toya minimum 3500 manata gedirdi”...

"Rəhimlə artıq 6-7 ildir bərabər işləyirdim. Bu günə qədər qapısını döyməyən sənətçilər, hamı onun haqqında danışmağa məcbur olub. Rəhimin ölümü çoxunun əlində reklam, piar olub. Hamı danışır. Elə sənətçilər danışır ki, elə bil Rəhimin əlindən tutub onu sənətə gətiriblər, müəllimi olub, televiziyaya çıxardıblar. Baxıb sadəcə gülmüşəm. 7 il ərzində bir evdə qalmışam, amma bir dəfə o müğənninin, o sənətkarın qapısını döyüb içəri girdiyini görməmişəm".

PİA.az xəbər verir ki, bu sözləri mərhum bəstəkar-müğənni Rəhim Rəhimlinin prodüseri Həmzə Məmmədli "7 canlı" proqramında qonaq olarkən deyib. O, sənətçinin müalicəsi üçün imkanının olmaması ilə bağlı iddialara da aydınlıq gətirib:

"Çoxu deyir, Rəhimin pulu yox idi. Bir həkim var danışır, bilmirəm piar edir, ya nədirsə... Onun prodüseri olmuşam, gün ərzində ən azından iki toya gedirdi və ya bir. Bir toya minimum 3500 manata gedirdi. Bu, Bakı qiyməti idi. 2 toy olanda edir 7000 manat. İndi bu adamın özünü müalicə etməyə imkanı yox idi? Şəhərin mərkəzində qalırdı, hamı da gördü.

Evinin yanında restoran, istirahət mərkəzlərindən biri evini almaq istəyirdi. 2 milyon verirdi. Rəhim satmadı, çünki deyirdi ata-baba yurdudur. Lazım olsa, satıb öz müalicəsinə verə bilərdi. Həm də Rəhimin çox yaxşı, imkanlı dostları var idi. Lazım olsa, onlar da köməklik edərdi. Sadəcə olaraq özü də bəzən istəmirdi. Çünki yorulmuşdu". (axşam.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - Polad Həşimovun xanımı

Bu tarixdə hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə enəcək - Xəbərdarlıq

Aslan İsmayılov: "İş adamlarına edilən haqsızlıqlara son qoyulmalıdır"

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

İsrail MN: İrana hücumumuz ölümcül, son dərəcə dəqiq və gözlənilməz olacaq

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmənin Plenumunda and içiblər

Bakıda Malayziyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilir

Ən çox oxunanalar