Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Podolyak Darya Duqinanın qətlində Ukraynanın məsuliyyət daşıması ilə bağlı ittihama cavab verib

Ukrayna Prezidentinin müşaviri Mixail Podolyak Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Darya Duqinanın qətlində Ukrayna kəşfiyyatının məsuliyyət daşıması ilə bağlı ittihamına cavab verib.

APA xəbər verir ki, Podolyak bu barədə "Twitter"də bildirib.

"Rusiya təbliğatı uydurma dünyada yaşayır: ukraynalı qadın və onun 12 yaşlı uşağı təbliğatçı Darya Duqinanın avtomobilini partlatmaqda məsul “təyin edilib”. Qəribədir ki, “Estoniya vizası”nı hadisə yerində tapmayıblar. Rusiya xüsusi xidmət orqanlarında gürzələr növlərarası döyüşə başlayıblar", Podolyak paylaşımında qeyd edib.

Qeyd edək ki, Rusiya FTX Duqinanın qətlində Ukrayna xüsusi xidmət orqanlarını ittiham edir.

"Cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib. Hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovnadır. O, 2010-cu il təvəllüdlü qızı ilə birgə iyulun 23-də Rusiyaya gəlib. D.Duqinanın qətlini təşkil etmək və onun həyat tərzi haqqında məlumat əldə etmək üçün Moskvada mərhumun yaşadığı binada mənzil kirayələyiblər.

Qətl günü Vovk Duqinanın fəxri qonaq qismində iştirak etdiyi “Ənənəvi” ədəbi-musiqi festivalında olublar. Vovk qətli törədəndən sonra - 2022-ci il avqustun 21-də qızı ilə birlikdə Pskov vilayətindən Estoniyaya keçib”, - FTX-nın məlumatında qeyd olunub

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

İsrail Qəzzada HƏMAS bölmələrinin əksəriyyətinin məğlub olduğunu elan edib

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Ən çox oxunanalar