Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı müxalif siyasətçi Duqinə hücumu kimin etdiyini açqıladı - Heç kimin tanımadığı MRO...

İlya Ponomoryov canlı efirdə Milli Respublika Ordusunun (MRO) manifestini oxuyub və bildirib ki, Darya Duqinanın avtomobilinin partladılması məhz bu partizan qruplaşmasının işidir...

Rusiya Dövlət Dumasının keçmiş deputatı, müxalif siyasətçi, hazırda Ukraynada yaşayan İlya Ponomoryov Duqinin maşınına bomba qoyan təşkilatın adını açıqlayıb.

PİA.az xəbər verir ki, o, bu barədə “Fevral Səhəri” Youtebe kanalında məlumat verib. İlya Ponomoryov canlı efirdə Milli Respublika Ordusunun (MRO) manifestini oxuyub və bildirib ki, Darya Duqinanın avtomobilinin partladılması məhz partizan qruplaşmasının işidir. Rusiyalı müxalifətçi qeyd edib ki, bu aksiya Rusiyada Putinin cinayətkar hakimiyyətinə qarşı keçirilən bir aksiyadır:

““Rus dünyası” filosofunun qəzənən ləğv edilməsinin arxasında Milli Respublika Ordusu dayanır. Çünki Duqinin qızı dəfələrlə Rusiyanın aqressiyasını təmizə çıxarmağa çalışıb. Duqinanın maşının Moskva altında partladılması partizan aksiyasıdır və bu qrupun əsas məqsədi Kreml rejiminə qarşı müqavimət göstərməkdir”, deyə sabiq rusiyalı müxalif deputat bildirib.

O daha sonra Milli Respublika Ordusunun manifestini oxuyub:

“Bizim məqsədimiz Rusiyanın və onun qonşularının məhv olmasının qarşısını almaqdır. Bunun üçün Kremldə oturan, ölkənin bütün sərvətini öz əllərində toplayan və həm ölkə daxilində, həm də ölkə xaricində cinayətlər törədən bir dəstə işbazın fəaliyyəti durdurulmalıdır. Biz Rusiya Fedarasiyası hökümətinin məmurlarını və regional adminstrasiyaların rəhbərliklərini hakimiyyəti qəsb etmiş şəxsin əlaltıları elan edirik və vəzifəsindən imtina etməyən hər kəs tərəfimizdən məhv ediləcək”, deyə MRO-nun manifestində deyilir.

Sonda İlya Ponomoryov Putin rejimi ilə mübarizə aparan hər kəsi MRO ətrafında birləşməyə çağırıb və bildirib ki, o, MRO ilə “Rospartizan” teleqram kanalı vasitəsi ilə əlaqə saxlayır.

Xatırladaq ki, dünən axşam saatlarında Moskva vilayətində ictimai xadim, filosof Aleksandr Duqinin qızının avtomobili partladılıb. Maşında olan Duqinin qızı Daria Duqina partlayış nəticəsində həlak olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar