Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Süni tənəffüs aparatına qoşulan qazi həyata qaytarıldı

Bakı-Ələt yolunda baş verən avtomobil qəzasından sonra ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən Vətən müharibəsi iştirakçısı, qazi Emrahşah Mahmudov həkimlərin səyi nəticəsində yenidən həyata qaytarılıb.

Mərkəzdən bildirilib ki, bir müddət KTM-in Reanimasiya şöbəsində qalan qazimizin vəziyyəti yaxşılaşdığı üçün artıq digər müvafiq şöbəyə köçürülüb.

Həkim-cərrah Əziz Məmmədovun sözlərinə görə, avqustun 7-də Mərkəzə gətirilən və koma vəziyyətində olan yaralının sağ qalmaq şansı çox az olub:

“Qəza zamanı xəstənin qaraciyəri demək olar ki iki hissəyə bölünmüşdü. Burada əməliyyatla onun qaraciyəri tikildi. Adətən bu dərəcədə ağır yaralı xəstələrin sağ qalma şansları aşağı olur.

Qaraciyərin cırılması, daxili qanaxma diaqnozu ilə onu ilk olaraq reanimasiya şöbəsinə yerləşdirdik. Gətirilərkən xəstənin vəziyyəti çox ağır qiymətləndirilirdi və qanitirmə fonunda komaya düşmüşdü. Çox şükür, qazimizin vəziyyəti indi kifayət qədər yaxşıdır, əməliyyatı da uğurla başa çatıb və Cərrahiyyə şöbəsində müalicəsi davam edir”.

Həyatı üçün hər hansı təhlükə qalmayan Emrahşah Mahmudov özünü kifayət qədər yaxşı hiss etdiyini deyir:

“Avqustun 7-də anamla birgə Gəncəyə, qardaşımın andiçmə mərasiminə gedirdik. Bakı-Ələt yolunda qəzaya düşdük. Deyilənə görə, hadisə nəticəsində mən çox ağır xəsarət almışam. Ona görə də heç nə yadımda qalmayıb. Məni oradan elə birbaşa təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətiriblər”.

Məlumat üçün bildirək ki, E.Mahmudov Vətən müharibəsi zamanı Ağdam və Suqovuşan istiqamətində ağır döyüşlərdə iştirak edib və yaralanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay