Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qaçağan” səfirlər: Elmira Axundovadan sonra Elin Süleymanov da Bakıya qaçdı

Radikal dindarların Londonda səfirliyimizin binasına hücumu Azərbaycan dövlətinə qarşı hücum idi. Şübhəsiz ki, dövlət bu hücumu və təhdidi aradan qaldırmaq gücündədir və bunu edəcək də. Amma hadisə zamanı bəzi məqamlar xüsusilə diqqət çəkdi, həm də təəssüf doğurdu...

“Mehdinin xidmətçiləri” səfirliyimizin binasını faktiki ələ keçirmişdilər, bayrağımızı təhqir etmişdilər, lakin nə səfirimiz Elin Süleymanov, nə də səfirliyin hansısa əməkdaşı üçrəngli bayrağımızı onların əlindən almaq, yaxud buna qarşı çıxmaq üçün heç bir cəhd etmədi. Təbii ki, təhlükəsizlik məsələsi nəzərə alınmalıdır, lakin Azərbaycan bayrağına qarşı təhqiramiz hərəkətin edilməsinə seyrçi qalmaq da qəbuledilməzdir. Hər kəsin gözü təbii olaraq səfir Elin Süleymanovu axtarır, heç olmasa hadisədən sonra ortaya çıxmasını gözləyirdi. Amma səfir nə hadisə zamanı, nə də sonrasında görünmədi, sanki qeybə çəkilmişdi.

Axtardıq və öyrəndik ki, səfir Elin Süleymanov Londonda yox, Bakıdadır. Səbəbi bəlli deyil, istisna deyil ki, Elin Süleymanov tətilə çıxıb. Hərçənd ki, son dövrlər radikal dindarların Azərbaycana qarşı çağırışları belə bir hücumun ola biləcəyi ehtimalını da yaratmışdı. Yaxud da Elin Süleymanov bir diplomat kimi hadisələrin mümkün inkişafını az da olsa proqnozlaşdıra bilərdi. O isə Londondakı səfirliyimizə hücum ediləndə Bakıda idi və nə etdiyi də bilinmir.

Səfir deyə bilər ki, belə bir hücum nadir baş verə biləcək hadisədir və həmin vaxtı orada olmaması normaldır. 

O zaman sual yaranır, bəs hücumdan sonra Elin Süleymanov missiyasının başına niyə qayıtmır? 

Axı hücum edilən bina onun rəhbərlik etdiyi səfirlik binasıdır, hücuma məruz qalan səfirliyin əməkdaşlarına o rəhbərlik edir, təhqir edilən bayraq onun səfiri olduğu ölkənin bayrağıdır. 

Elin Süleymanov hadisə olan kimi dərhal Londona getməli, işinin başında olmalı, endirilən bayrağımızı öz əlləri ilə yenidən ucaltmalı idi. 

Fikrimcə, əsl diplomat bunu edərdi, amma Elin Süleymanov isə məzuniyyətini (onun bu vaxt Bakıda olması məzuniyyətdə olması ehtimalını yaradır) yarımçıq saxlamaq istəmir və dincləməyə davam edir.

Bu azmış kimi hadisə barədə paylaşımında təhqir edilən bayrağımızla bağlı bir kəlmə belə yazmır. 

Diplomat belə olmur, cənab Süleymanov!

Təəssüf ki, diplomatlarımızın öz missiyalarını yerinə yetirməməsi birinci hal deyil. Bundan öncə Ukraynadakı səfir Elmira Axundova da müharibə başlayan kimi səfirliyi də, səfirliyin əməkdaşlarını da, bombalar altında qalan soydaşlarımızı da atıb Bakıya qaçmışdı. Bəhanəsi də bu oldu ki, xəstədir, daha sonra bir qadının müharibənin ortasında qalmasının doğru olmadığını dedi. 

Əgər bu işi bacarmırsınızsa, istefa verin. Səfirin missiyası, məramı, məqsədi bəllidir. Hadisələr də sübut etdi ki, nə Elmira Axundova, nə də Elin Süleymanov öz postlarına adekvat adamlar deyillər. 

Elmira Axundova öz “bəhanəsini” tapdı, görəsən, Elin Süleymanov hansı “bəhanəni” uyduracaq?! Maraqlıdır... (demokrat.az)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay