Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pelosi Yaponiyanı tərk edərək Asiya turunu başa vurub

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Asiya turnesini Yaponiyanı tərk etməklə başa vurub.

"Report" "Nikkei" nəşrinə istinadən xəbər verir ki, Amerika nümayəndə heyətinin olduğu xüsusi təyyarə reysi Pelosi Tokioda bir sıra görüşlər, o cümlədən Baş nazir Fumio Kişida və parlamentin aşağı palatasının sədri Hiroyuki Hosoda ilə görüşlər keçirdikdən sonra Yaponiyanı tərk edib.

Tərəflər görüş zamanı ABŞ-Yaponiya müttəfiqliyinin gücləndirilməsinin, həmçinin “azad və açıq Hind-Sakit okean regionu” prinsipinin həyata keçirilməsi üçün əməkdaşlığın vacibliyini vurğulayıblar. Görüşdə Şimali Koreyanın raket, nüvə proqramı və Ukraynadakı vəziyyət kimi regional təhlükəsizlik məsələləri də qaldırılıb.

Pelosinin Asiya turuna Sinqapur, Yaponiya, Cənubi Koreya və Malayziyaya səfərləri daxil idi. İlk dayanacaqlar Sinqapur və Malayziya olub, Çinin sərt etirazlarına baxmayaraq o, Tayvana da gedib.

Bu səfər ABŞ Nümayəndələr Palatasının sədrinin 1997-ci ildən bəri Tayvana ilk səfəri olub və Pelosini son 25 ildə adaya səfər edən ən yüksək rütbəli ABŞ rəsmisi edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar