Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İslamiada: Azərbaycanın karate millilərinin heyəti müəyyənləşib

Karate üzrə Azərbaycan milli komandasının Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunları üçün heyəti müəyyənləşib.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, yığma komandaların baş məşqçiləri Qurban Tağıyev (kişilər), Denis Morozov (qadınlar) və Vahid Ayvazov (kata), eləcə də böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov mötəbər yarışa 12 idmançı və 1 komanda heyətini aparacaq.

Kumite yarışlarında Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq), Pənah Abdullayev (84 kq), Asiman Qurbanlı (+84 kq), o cümlədən İnci Əzizova (50 kq), Mədinə Sadiqova (55 kq), Ayla Rzazadə (61 kq), İrina Zaretskaya (68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaq.

Fərdi kata yarışlarına Roman Heydərov və Zəhra Qurbanzadə, komanda kata çıxışlarına isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyət qatılacaq. Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov karate yarışlarının hakimləri arasında olacaq.

Qeyd edək ki, V İslam Həmrəylik Oyunlarının karate yarışları 17 - 18 avqustda keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

Diqqət: Xaricdən Azərbaycana göndərilən bağlamalar vasitəsilə meymunçiçəyinə yoluxa bilərsiniz

Ən çox oxunanalar