Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqor Korotçenko: "Erməni silahlı birləşmələrinin Qarabağda qalacağı müddətdə döyüşlərin hər an başlama riski var"

"Ermənistan hərbçilərinin, eləcə də Qarabağ ərazisində olan qanunsuz erməni silahlı birləşmələrin, separatçıların silahlı təxribatları sülh istiqamətində gedən danışıqlar üçün daimi təhdid və təhlükə mənbəyidir. 10 noybar 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən, erməni silahlı birləşmələri Qarabağ ərazisini tamamilə tərk etməli idilər. Lakin biz indi görürük ki, İrəvan bu prosesi hər cür ləngitməyə çalışır. Cəmi bir neçə həftə bundan əvvəl ilk dəfə olaraq Ermənistan rəsmiləri Azərbaycan ərazisində, yəni Qarabağda Ermənistan silahlı qüvvələrinə məxsus müqaviləli xidmət edən hərbçilərin olması faktını etiraf etdilər".

Bunu Pravda.az-a açıqlamasında rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

İ.Korotçenko qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin əsas kimi irəli sürdüyü 5 prinsip əsasında sülh danışıqlarının aparılması və sülh müqaviləsinin bağlanması son dərəcə zəruridir: “Düşünürəm ki, bu şərtlərdən ən əsası silahlı ermənilərin Qarabağ ərazisindən dərhal çıxarılmasıdır. Erməni silahlı birləşmələrinin orada qalacağı müddətdə hər an yenidən döyüşlərin başlama riski var. Biz ümid edirik ki, MoskvaBakının birgə səyləri ilə rəsmi İrəvanın üçtərəfli bəyanatlar imzalamaqla üzərinə götürdüyü bütün öhdəliklərin tam yerinə yetirilməsinə nail olunacaq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Ermənipərəst Menendes federal məhkəmə tərəfindən bütün maddələr üzrə təqsirli bilinib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Ən çox oxunanalar