Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: “Yanacağın cəmi 1 % bahalaşması məhsulları 5-7 % bahalaşdırardı”

“Aİ-95" markalı avtomobil benzininin qiyməti artırılanda vurğulamışdıq ki, onun iqtisadiyyata, iqtisadi aktivliyə birbaşa təsiri olmayacaq. Daha çox yeni avtomobil sahiblərinin xərci artacaq. Amma "Aİ-92" markalı benzinin və dizel yanacağının bahalaşması iqtisadiyyata çox böyük mənfi təsir göstərə bilər”.

Bunu “Report”a açıqlamasında Tarif (Qiymət) Şurasının ötəngünkü qərarını şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

“Söhbət elə bir mənfi təsirdən gedir ki, inflyasiyanın sürətlənməsinə gətirib çıxarardı, eyni zamanda qiymətlərin artmasına, istehsal prosesinə, ölkədaxili istehsal sahələrində müəyyən problemlər yaradardı. Biz bunu öncəki müddətdə də vurğuladıq. Tarif Şurasının həm "Aİ-92" markalı benzinin, həm də dizel yanacağının qiymətinin artırılması ilə bağlı müraciətə mənfi yanaşması hesab edirəm ki, doğru qərar idi.

Məncə istər Aİ-95 markalı benzin, istərsə də dizel yanacağının qiymətinin 15-20% deyil cəmi 1% qalxması real sektora ciddi fəsadlar törədərdi. Ən çox da kənd təsərrüfatı məhsullarının istehsalında problemlər yaradardı, qiymətlərin kəskin artımına səbəb olardı", - deyə o, qeyd edib.

Ekspertin fikrincə, cəmi 1 % qiymət artımı bazarda 5-7%-lik inflyasiyaya gətirib çıxarardı: "Bildiyiniz kimi bizdə müəyyən təsərrüfat subyektləri var ki, qiymət artımına çox meyillidir. Əmək haqqı, pensiya, sosial ödənişlər artanda, yanacaq bahalaşanda həmin təsərrüfat subyektləri öz xidmətlərinə, istehsal yaxud idxal etdikləri məhsullara ciddi qiymət artımı tətbiq edirlər. Bu baxımdan hazırkı vəziyyətdə yanacağın qiymətinin cəmi 1% artması həmin məhsulların zəncirvari şəkildə ən azı 5-7% bahalaşmasına səbəb ola bilərdi.

Bir məsələni də vurğulamaq istəyirəm ki, hazırda ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının maya dəyərinin formalaşmasınında bir çox amillərin rolu var. Onların içərisində ən böyük xüsusi çəki məhz yanacağa məxsusdur. Çünki yanacağın qiyməti məhz kənd təsərrüfatı məhsullarının istehsalında xüsusi rol oynayır. Çünki burada təkcə kənd təsərrüfatı texnikası deyil, loqistika məsələləri də əhəmiyyətlidir. Bu baxımdan enerji daşçıyıcılarından birinin qiymətinin qalxması digərinə də təsir edir.

İnflyasiyanı cilovlamaqdan ötrü istehlakçıların, yəni əhalinin sosial həssas təbəqəsinin alıcılıq qabiliyyətinin qüvvədə qalması, onlara dəstəyin göstərilməsi məqsədi ilə 2021-ci ilin oktyabrından silsilə şəklində vaxtaşırı müxtəlif proqramlar, sərəncamlar, fərmanlar qəbul olunur. Müxtəlif iqtisadi tənzimləmə metodu ilə bu insanlara dəstək göstərilir. Eləcə də Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini tədricən artırmaqla inflyasiyanı cilovlamağa çalışır. Yəni burada benzinin yaxud dizel yanacağının qiymətinin qalxmasına Tarif Şurası icazə versəydi, o zaman indiyə qədər görülmüş işlərdə çox ciddi mənfi fəsadlar olardı.

Bütün bunları nəzərə alaraq bildirmək istəyirəm ki, dünyada iqtisadi böhran aradan qalxana qədər nə "Aİ-92" markalı benzinin, nə də dizel yanacağının qiymətini qaldırmaq olmaz".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Ən çox oxunanalar