Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Estoniyada bütün sovet abidələri söküləcək

Estoniya hökuməti İkinci Dünya Müharibəsində həlak olmuş sovet əsgərlərinin xatirəsinə ucaldılmış bütün abidələrin götürülməsinə, eləcə də hərbi abidələrin altında qalan əsgərlərin qalıqlarının yenidən dəfn edilməsinə göstəriş verib.

"Unikal" xəbər verir ki, bu barədə baş nazir Kaya Kallas bildirib.

"Biz hərbi abidələrlə bağlı konkret qərarlar qəbul etmişik. Tədricən, addım-addım əsgərlərin qalıqlarını abidələrin altında yenidən basdırmaq və abidələri köçürmək lazımdır ", - o, Estoniyanın yeni hökumətinin ilk iclasından sonra mətbuat konfransında deyib .

Estoniyanın baş naziri vurğulayıb ki, hakimiyyət bu məsələyə balanslı yanaşmaq niyyətindədir, xüsusən də abidənin yaxınlığında real dəfnlər varsa. Hakimiyyət ilin sonuna qədər bu “vəzifə”ni həll etmək niyyətindədir.

Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, hər bir konkret abidənin taleyi ilə yerli hökumət məşğul olacaq. Eyni zamanda Kallas Narvanın T-34 tankını postamentdən tərpətmək istəmədiyinə diqqət çəkib.

O, həmçinin bildirib ki, ümumilikdə 148 abidə müəyyən edilib və hakimiyyət onları “sovet rejimini tərənnüm edən abidələrə” aid edir.

İyunun sonunda Rusiya Xarici İşlər Nazirliyi Rusiyaya və onun vətəndaşlarına qarşı “açıq düşmənçilik” münasibəti ilə əlaqədar ruslara Estoniyaya səfərdən çəkinməyi tövsiyə edib .

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

DİN-dən xaricə getmək istəyən şəxslərə xəbərdarlıq 

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Bakıda keçiddəki məşhur ticarət mərkəzi bağlandı - Foto

Ən çox oxunanalar