Çərşənbə axşamı, 18 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əflatun Amaşovdan Zaur Kamalla bağlı açıqlama: “Efir mədəniyyəti prinsipi pozulub”

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov aparıcı Zaur Kamalın müğənni Afşin Azərini efirdən qovmasına münasibət bildirib.

Ə.Amaşov Pravda.az-a açıqlamasında deyib ki, burada söhbət aparıcının efir mədəniyyətindən, peşə-davranış qaydalarından gedir: “Qonaqla belə rəftar etmək olarmı? Studiya təkcə aparıcının deyil, televiziyanındır, eyni zamanda onun auditoriyasınındır, xalqındır, izləyicilərindir. Efir arxasında danışılmış bir məsələni sonradan efirə gətirmək nə dərəcədə uyğundur? Bu, tamaşaçı üçün nə qədər maraqlıdır ki, onun diqqətinə çatdırasan? Bax, bu məqamlar, əlbəttə, qınanmalıdır, burada efir mədəniyyəti prinsipi pozulub. Yoxsa aparıcıya ağır cəza vermək... Məqsəd nədir? Bəlkə həmin müğənnini məşhur etmək? Ya da aparıcı bu vasitə ilə başqa müğənnilərə də mesajlar verir”.

Şura sədri bildirib ki, şou verilişlərin şərtləri rəsmi xəbərlərə nisbətən başqadır: “O ki qaldı Zaur Kamalın necə cəzalandırılmasına, bunun üçün aiddiyyəti orqan var. Bu məsələ ARB televiziyasının rəhbərliyindən asılı olacaq. Görək, rəhbərlik necə münasibət göstərəcək? Müğəninin Cənubi azərbaycanlı olmasının isə heç bir əhəmiyyəti yoxdur. Nə fərqi var? Məsələni müğənnin haradan olmasına bağlamaq lazım deyil. Sabah onun yerində Rusiyada, Avropada yaşayan bir müğənni olar, hətta Asiya xalqlarının nümayəndəsi ola bilər... Bunun heç bir fərqi yoxdur. Əsas məsələ davranış qaydasının, efir mədəniyyətinin pozulmasıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aİ-yə daxil olmayan 9 ölkə İrana qarşı sanksiyalara qoşulub

Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşa zirvəsinə hazırlığı müzakirə ediblər

50 yaşa çatmadan ölən azərbaycanlı jurnalistlər

Azərbaycanda vəzifəli şəxsin üzərinə benzin tökdülər

Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb

Xaçmazda avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var

Türkiyədən Yunanıstana qaçmaq istəyən FETÖ-çular saxlanılıb

Bakıdakı dəhşətli qəzanın anbaan görüntüləri

AVRO-2024: Türkiyə və Portuqaliya milliləri mübarizəyə start verir

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” qlobal sammiti işə başlayıb

Ən çox oxunanalar