Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Heydər Əliyev Mərkəzini ziyarət edib

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti, ralli üzrə keçmiş pilot Mohammad ben Sulayem Heydər Əliyev Mərkəzini ziyarət edib.

APA xəbər verir ki, Heydər Əliyev Muzeyində olan qonaq əvvəlcə ümummilli lider Heydər Əliyevin xidməti istifadəsində olmuş avtomobillərə baxıb. Muzeydə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olub.

Azərbaycan inciləri: tarixin axarında”, "Musiqi alətləri: birlik və müxtəliflik", “Kukla incəsənətdə” sərgilərində olan FIA prezidenti Mərkəzdə nümayiş etdiriliən klassik avtomobillərə də baxıb.

FIA prezidenti Mohammad ben Sulayem və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov məktəblilər arasında “Gələcəyin ekoloji avtomobili” virtual rəsm müsabiqəsinin qaliblərini diplomlarla təltif ediblər. Müsabiqə Azərbaycan Avtomobil Federasiyası və Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası tərəfindən təşkil olunmuşdu.

FIA prezidenti, həmçinin, Gənclər və İdman naziri Fərid Qayıbovla görüşüb. Görüşdə ikitərəfli əlaqələr, Azərbaycan Avtomobil Federasiyasının avtomobil idmanı sahəsindəki fəaliyyəti müzakirə edilib.

Fotolar


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar