Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin özünü Pyotrla müqayisə etdi

Rusiya prezidenti Vladimir Putin özünü Rus tiranı Böyük Pyotrla müqayisə edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, I Pyotrun anadan olmasının 350-ci ildönümü ilə bağlı çıxış edən Putin Moskvanın başçılıq etdiyi anti-İsveç koalisiyanın İsveç imperiyasını parçaladığı və RusiyaAvropada yeni imperiya gücünə çevirdiyi Böyük Şimal müharibəsinə toxunub.

Vaxtilə İsveçin nəzarətində olan torpaqlarda Sankt-Peterburqun yaradılmasından danışarkən Putin, "Pyotr İsveçlə müharibə aparırdı və torpaqlarımızı geri qaytardl", - deyib.

Çar I Pyotra ehtiram göstərməklə Putin Rusiya torpaqlarını geri almaq üçün tarixi axtarışları arasında paralellik aparıb.

İndiki Estoniyada baş verən Narva döyüşünə də toxunan Rusiya lideri, "Ora niyə getdi? Bizə məxsus olanı geri almaq üçün. Amma aldığı şey onlardan alınan bir şey deyildi. Əslində, o, Rusiyanın olduğunu Rusiyaya qaytardı. O, məhz belə etdi. Görünür, Rusiyanın olanı geri almaq və ölkəni gücləndirmək bizim əlimizdədir. Və bu dəyərlərin bizim varlığımızın əsasını təşkil etdiyindən başlasaq, şübhəsiz ki, qarşılaşdığımız problemlərin həllinə nail olacağıq",- deyə o, çıxışında bildirib.

Putinin bu sözləri beynəlxalq mətbuatda üstüörtülü təhdid kimi səslənsə də, Ukraynadan sonra Estoniya, İsveç və Finlandiya da daxil olmaqla Baltikyanı ölkələrdə müharibənin başlaya biləcəyi qorxuları da gündəmə gəlib.

Çıxışı zamanı xüsusilə İsveçdən danışarkən Putinin davamlı gülümsəməsi diqqət çəkib. Putinin kinli münasibəti beynəlxalq mətbuatın gündəminə çevrilib.

Putin çıxışı zamanı Rusiya hərbi gəmiləri Baltik dənizində təlimlərə başlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

DİN-dən xaricə getmək istəyən şəxslərə xəbərdarlıq 

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Bakıda keçiddəki məşhur ticarət mərkəzi bağlandı - Foto

Ən çox oxunanalar