Çərşənbə axşamı, 04 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hansı məhsullar antibiotikləri əvəzləyə bilir?

Antibiotiklər həyatımıza elə güclü daxil olublar ki, adi asqırmaqda belə uşaqlara antibiotik vasitənin təyin edilməsi valideynlər tərəfindən demək olar ki, narahatlıq doğurmur.

Aydındır ki, antibiotiklər zəruri olduqda bəzi xəstəliklər zamanı insan həyatını xilas edir, lakin orqanizmin immun sisteminin xəstəliklərə qarşı müqavimətli olması üçün, qida rasionuna təbii antibakterial komponentlərdən olan qidalar daxil edilməlidir.

Gəlin birlikdə, antibiotik əvəzləyicisi olan təbii məhsullara nəzər yetirək.

1. Lider mövqedə duran sarımsaqdır.

Onun şəfaverici xassələri uzun illərdən bəri tanınır və Birinci Dünya Müharibəsi dövründə iltihab əleyhinə dərman kimi istifadə edilmişdir. Onu irinli yaralanmalara tətbiq edirdilər. Sarımsaq təbii antibiotik olub, allisin (kükürd) tərkibli olan təbii məhsuldur.

2. Soğan sarımsaq kimi eyni ailəyə aiddir. Flavonoidlər və kükürd tərkiblidir. Soyuqdəymə və öksürəyə kömək edir, otağı dezinfeksiya edir.

3. Zəncəfil ənənəvi tibbdə 2000 ildən çox müddətdir ki, mövcuddur. Anti-iltihablı və antibakterial təsirli olub, unikal tərkibi ilə dəyərlidir. Zəncəfil öskürək ilə mükəmməl mübarizə aparır, soyuqlama, mədə-bağırsaq traktından artıq şlakları çıxarır.

4. Balı unutmaq böyük bir səhv olardı. Balın düzgün istifadəsi sağlam orqanizmin əsasıdır. Alimlər baldan hazırlanan vasitələr ilə bakteriyalarla, infeksiyalarla mübarizə aparırlar. Baldan düzəldilən məhsullar hətta antibiotiklərdən daha müalicəvi və təsirli olurlar. (Milli.Az)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: Qonaq getdiyi evdə nə baş verib? - Yenilənib

Baş Prokurorluq zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı araşdırma aparır - Yenilənib

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı iki vəzifəli şəxs həbs edildi

Azərbaycanda bu tarixdə güclü istilər müşahidə olunacaq: 50 dərəcədən yuxarı...

Azərbaycanın batan səhiyyəsi: Avropada birinci, dünyada ikinci…

Ərəstun Oruclu: Dünya artıq qlobal müharibə ərəfəsindədir...

Səhiyyə Nazirliyinə yeni səlahiyyətlər verilib

Türkiyədəki Neft Şirkətinə hücum və Netanyahunun oğlunun təxribatçı xəritəsi... - Nələr baş verir?     

Bütün tapşırıqları Arif Rəhimovdan aldığını bildirdi

Ən çox oxunanalar