Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistan Senatı Xocalı soyqırımını pisləyən qətnaməni yekdilliklə qəbul edib

Pakistan Senatı Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ardıcıl və sarsılmaz dəstəyi bir daha təsdiq edib və otuz ilə yaxın davam edən işğaldan sonra ərazilərinin azad edilməsi ilə nəticələnən 2020-ci ildə tarixi qələbəsini böyük sevinclə qeyd edir.

Bu barədə “Report” “İslamabad Post” qəzetinə istinadən xəbər verir.

Pakistan Senatı həmçinin Azərbaycanla diplomatik əlaqələrin 30-cu ildönümündə Xocalı soyqırımını pisləyən qətnaməni yekdilliklə qəbul edib.

Senat öz uzunmüddətli və dəyişməz mövqeyini təsdiq etməklə yanaşı, Senatın Xarici Əlaqələr Komitəsi tərəfindən Xocalı soyqırımını pisləyən 2012-ci il 1 fevral tarixli qətnaməni bir daha təsdiq edir.

Senat Azərbaycan və Pakistanın iqtisadi əlaqələrin, ticarətin, sərmayələrin, insanlarla insanlar arasında təmasların yaxşılaşdırılmasında, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün aspektlərində atılan mühüm birgə addımları, tarixi dostluq əlaqələrindən qaynaqlanan bir-birinin rifahını və təhlükəsizliyini hərtərəfli dəstəklədiyini bir daha bəyan edir”, - sənəddə vurğulanır.

Senat həmçinin Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

Ən çox oxunanalar