Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: “Erməni revanşistlər sərhədlərin delimitasiyası prosesini pozmağa çalışırlar”

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfini atəşkəs rejimini pozmaqda ittiham etməsi əvvəlki görüşlərdə, o cümlədən Brüsseldə əldə olunmuş bütün razılaşmaların pozulması məntiqinə uyğundur.

Bu barədə “Report”un Rusiya bürosuna “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

Ermənistanda müharibə və qisas partiyaları var ki, onlar hər şeylə yanaşı, ehtirasları qızışdırmaq üçün də fəaliyyət göstərirlər. Baş verən hər şeyə görə davamlı olaraq Azərbaycanı günahlandırmaq, birbaşa təxribatlar – bütün bunlar İrəvanda vəziyyəti gərginləşdirmək, eləcə də AzərbaycanErmənistanın birinci şəxsləri arasında əldə olunmuş hər hansı razılaşmalardan imtina etmək, bununla da sərhədlərin demarkasiyası və delimitasiyası, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesini pozmaq üçün istifadə edilən taktikadır”, - o deyib.

İ.Korotçenkonun sözlərinə görə, Ermənistan tərəfdən təxribatlar hər zaman olacaq: “Ermənistan tərəfdən təxribatlar olub, var və olacaq. Onlar kütləvi xarakter daşıyacaqlar, bunu başa düşmək və Ermənistanın üzərinə götürdüyü bütün öhdəlikləri tam şəkildə yerinə yetirməsinə nail olmaqla belə hallara sakit reaksiya vermək lazımdır”.

Rusiyalı ekspert onu da qeyd edib ki, sülh müqaviləsinə alternativ yoxdur, erməni revanşistlərin və təbliğatçıların sülh prosesini pozmaq cəhdləri isə iflasa uğrayacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı ittihamlarını rədd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Ermənipərəst Menendes federal məhkəmə tərəfindən bütün maddələr üzrə təqsirli bilinib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Ən çox oxunanalar