Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın kəşfiyyat dronu Türkiyə sərhədlərində “kor” olub: Qara dənizdə müəmmalı hadisə

Naməlum elektronik müharibə qurğusu Qara dəniz üzərində kəşfiyyat uçuşu aparan Amerikaya məxsus “RQ-4 Global Hawk” pilotsuz təyyarəsini təsirsiz hala gətirib.
 
Ovqat.com-un məlumatına görə, xəbəri Rusiya hərbi dairələrinə yaxın Avia.pro nəşri yayıb.
 
Bildirilir ki, Amerikanın strateji pilotsuz təyyarəsi “RQ-4 Global Hawk” Qara dənizin qərb hissəsində kəşfiyyat missiyasını həyata keçirməyə çalışarkən, böyük ehtimalla, dənizdəki naməlum elektron bloklama sisteminin güclü zərbəsinə məruz qalıb. Elektron zərbə o qədər güclü olub ki, dron idarəetməni itirib və İtaliyanın Sigonella aviabazasına qayıdaraq öz missiyasını dayandırmağa məcbur olub.


 
Nəşr RQ-4 Global Hawk-ın hərəkət xəritəsini də yayımlayıb. Xəritədən aydın olur ki, dron Qara dənizin Türkiyəyə yaxın ərazilərində kəşfiyyat aparırmış. İddiaya görə, pilotsuz təyyarə birdən-birə radarlardan itib, bir müddətdən sonra ona nəzarət qismən bərpa olunub. Lakin bir müddətdən sonra yenidən gözdən itən dron missiyasını dayandırmaq və İtaliyadakı hava bazasına qayıtmaq məcburiyyətində qalıb.
 
“Maraqlıdır ki, Amerikanın strateji pilotsuz təyyarəsi RQ-4 Global Hawk-ın kəşfiyyat apardığı ərazidə 7 hərbi gəmi - bir minaaxtaran, iki korvet və dörd desant gəmisi vardı”, - yazılan xəbərdə Pentaqonun bununla bağlı hələ də rəsmi açıqlama vermədiyi vurğulanır.
 
Qeyd edək ki, ABŞ istehsalı olan “RQ-4 Global Hawk” dronu yüksək hündürlükdə uçan PUA-dır. Silahsız olub kəşfiyyat/müşahidə məqsədli sensorlar ilə təchiz edilib. Global Hawk (Qlobal Şahin) adı ona boş yerə verilməyib; qabiliyyətinə müvafiqdir. Belə ki, bir qitədən havaya qalxan bu PUA digər qitəyə qədər uça bilir. Peyklər vasitəsilə idarə olunur. Hədəf qitənin üzərində apardığı kəşfiyyat məlumatlarını idarə olunduğu mərkəzə göndərir. 


 
“RQ-4 Global Hawk” yüksək hündürlükdə sürətli kəşfiyyat və nəzarət həyata keçirməyi bacarır. Qalxdığı ərazidən 3000 dəniz mili uzaqda yerləşən ərazilərdə vəzifəsini həyata keçirməyi bacarır, ayrıca olaraq hədəf sahəsinin üstündə 24 saat boyunca və 60.000 feet hündürlükdən daha yüksək ərazilərdə qalmağı bacarır. ABŞ-ın nadir PUA-larındandır və indiyədək cəmi 42 ədəd istehsal edilib. 
 
Türk elektronik silahlarının bu PUA-nı kor etməsi təsdiqlənərsə, qardaş ölkənin hərbi nüfuzu ciddi şəkildə artacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Xalq artisti Bəsti Cəfərova: 19 yaşında gözəl idim, sevirdiniz, yaşlanmışam deyə atmalısınız? 

Kamran Əliyev prokurorluq əməkdaşlarını təltif edib

Ən çox oxunanalar