Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış cüdoçu Azərbaycan millisinə cəlb olunur

İranlı cüdoçu Səid Mollayi (81 kq) milli komandada çıxış etmək üçün Azərbaycan Cüdo Federasiyasına (ACF) müraciət edib.

ACF-in Mətbuat xidmətindən verilən məlumata görə, 30 yaşlı idmançının mövcud hazırlıq vəziyyətini dəyərləndirmək üçün o, Bakıya dəvət olunub və yığmanın Avropa çempionatına hazırlıq məqsədi ilə keçirilmiş təlim-məşq toplanışına qatılıb. Cüdoçu, həmçinin, müvafiq tibbi müayinələrdən keçirilib.

Hazırda federasiya onun Azərbaycan adından çıxış etməsi ilə bağlı müraciəti dəyərləndirir. Buna son icazəni verməli olan Beynəlxalq Cüdo Federasiyası (IJF) ilə müvafiq məsləhətləşmələr aparılır.

Qeyd edək ki, əslən Azərbaycandan olan Səid Mollayi 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında qızıl medal qazanıb. Təcrübəli idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarının və Asiya Oyunlarının gümüş müküfatçısıdır. Mollayi həmçinin, 1 dəfə dünya, 3 dəfə isə Asiya üçüncüsü olub. Onun aktivində Asiya çempionatının bürünc medalı da var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Ən çox oxunanalar