Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronlu şəhid övladlarının Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib

Vətənimizin ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan, Azərbaycanın Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışı və rəhbərliyi ilə döyüşlərə qatılan və xalqımızın zəfəri ilə nəticələnən 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Abşeronlu şəhidlərin övladlarının Bakı şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin binasının qarşısından başlanan səfər zamanı RİH başçısı Abdin Fərzəliyev şəhid ailələri və övladları ilə görüşmüş, onların qayğıları ilə maraqlanaraq xatirə fotosu çəkdirmişdir.

Ekskursiyada şəhidlərimizin ailələrini RİH əməkdaşları və İctimai Şuranın könüllüləri müşayət etmişdir.

Gəzinti zamanı şəhid övladlarına Heydər Əliyev Mərkəzi haqqında danışılmış, Azərbaycanın Ümumilli Lideri, dahi şəxsiyyət Heydər Əliyev və onun gördüyü işlər haqqında ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, Mərkəzə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə məlumatlar toplanılmışdır. Mərkəz Ulu Öndərin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Şəhid övladları adından xatirə olaraq xarı bülbül simvolunu əks etdirən əl işi mərkəzə hədiyyə edilmişir.

Daha sonra uşaqlar üçün əyləncəli-bədii proqram təqdim olunmuş, şəhid övladları şeirlər söyləmiş, mahnılar ifa etmiş və onlara xüsusi hədiyyələr təqdim olunmuşdur.
Qeyd edək ki, Abşeron RİH-nin təşkilatçılığı ilə baş tutan bu kimi silsilə maarifləndirici tədbirlərin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Ermənipərəst Menendes federal məhkəmə tərəfindən bütün maddələr üzrə təqsirli bilinib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Ən çox oxunanalar