Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fikrət Yusifov: “Məişət dedi-qodularına söykənən şoular cəmiyyəti ağuşuna alıb” - Müsahibə

Dünya iqtisadiyyatında nələr baş verir və istər dünyada, istərsə də Azərbaycanda qiymət artımı hansı səviyyəyə qədər yüksələ bilər?..

Sabiq nazir: “Kasıbın yavan çörəyinə yağ yerinə çəkilən, məişət dedi qodularından ibarət ucuz şoular və filmlər, sanki onun həyatda ən böyük mükafatıdır”.

“Ümumi Daxili Məhsulunun həcmi 93 milyard manat ətrafında olan bir ölkədə, biznesə verilən güzəştli kreditlərin bir neçə yüz milyon manat həcmdə olması heç anlaşılan deyil”.

Ötən ildən başlayraq dünyada və Azərbaycanda qiymətlər kəskin şəkildə artmaqda davam edir. Ukraynadakı müharibə fonunda isə bir çox iqtisadiyyat analitikləri dünyada ərzaq qətlığının yaranacağı ilə bağlı anonslar verirlər. PİA.az-ın əməkdaşı dünya iqtisadiyyatında baş verən təlatümləri İqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Fikrət Yusifov la müzakirə edib.

Sabiq nazirlə müsahibəni oxucularımızın diqqətinə cəlb edirik:

- Fikrət müəllim, ötən ilin sonlarından mətbuatda görünmürsünüz. Bunun səbəbi nədir, mətbuatdan incikliyiniz var?

- Mətbuatda dostlarım çoxdur, onların hər biri mənim üçün qiymətlidir. 2014-cü ilin sonlarından keçən ilin sonlarına qədər mətbuatda 3000-dən çox açıqlamam, təhlil və araşdırmalarım dərc olunub. Ancaq 2021-ci ilin sonlarında bu sahədəki fəaliyyəti demək olar ki, dayandırdım. Açığı bir qədər də yoruldum. Bu fiziki yorğunluq deyildi, mənəvi yorğuluq idi. Bu mənəvi yorğunluğu yaradan əsas səbəb isə cəmiyyətdəki mövcud durumdur. Bu gün cəmiyyət sanki deqradasiyaya uğramış vəziyyətdədir.

Formaca fərqli, lakin məzmunca eyni olan və bir qayda olaraq məişət dedi-qodularına söykənən şoular cəmiyyəti ağuşuna alıb və onu hara aparırlar, məlum deyil. Ölkənin iqtisadi və sosial həyatı ilə bağlı problemlərin həllinə dair yazdığın yazılar, etdiyin çıxışlar isə cəmiyyətin böyük əksəriyyəti üçün maraqlı deyil. Əslində sən kasıb və orta təbəqədən olan insanların maraqlarına xidmət edəcək bir araşdırma ilə çıxış edirsən, bu araşdırmanda mövcud problemlərin mümkün həlli yollarını göstərirsən. Lakin yazdıqlarının insanların böyük əksəriyyəti üçün maraqlı olmadığını, bunun əvəzində cəmiyyətin üzvlərinin böyük əksəriyyətinin telekanalların qarşısında oturub məişət dedi qoduları ilə dolu şouların və filmlərin nə vaxt başlayacağını intizarla gözlədiklərini görürüb, sadəcə susursan.

Fikrət Yusifov: “Formaca fərqli, lakin məzmunca eyni olan və bir qayda olaraq məişət dedi-qodularına söykənən şoular cəmiyyəti ağuşuna alıb və onu hara aparırlar, məlum deyil”.

Bir sözlə, bu gün cəmiyyətdə belə bir abu hava yaranıb: - hər kəs öz həyatını yaşayır. Varlı öz varlı həyatını, kasıb isə kasıb həyatını yaşayır. Kasıbın yavan çörəyinə yağ yerinə çəkilən, məişət dedi qodularından ibarət ucuz şoular və filmlər isə, sanki onun həyatda ən böyük mükafatıdır. Mətbuatda çıxışlarımı dayandırmağımın başlıca səbəblərindən biri budur.

- Bəs dövlət qurumlarının mətbuatda etdiyiniz çıxışlara münasibəti necədir? Onlar üçün də belə araşdırma və təhlillər maraqlı deyil?

- Bu suala birmənalı cavab vermək çətindir. Bu illər ərzində gördüyüm odur ki, əgər sən hansısa bir ququmun fəaliyyətini tənqid edirsənsə, o qurumdan bu tənqidə bu və ya digər formada reaksiya verilir. Hətta sahənin problemlərini qabartdığın üçün sənə təşəkkür də edirlər. Ancaq bütün bunlar heç nəyi dəyişmir, çünki problem demək olar ki, həll olunmur.

Düzdür bu illər ərzində müxtəlif mövzularda etdiyim çıxışlarda irəli sürdüyüm bir sıra təkliflər müəyyən formalarda öz həllini tapıb. Məsələn, 2015-ci ildə baş vermiş manatın iki kəskin devalvasiyasından sonrakı dövrdə banklardan xarici valyuta ilə kredit götürmüş insanların problemlərinin həlli ilə bağlı mətbuat səhifələrində 100-dən çox çıxışlarım oldu. Bu çıxışlarda problemin həllinə dair təkliflər irəli sürürdüm. Nəhayət, hökumət 2019-cu ilin əvvəllərində bu məsələnin həllinə dair qərar qəbul etdi.

Bu çox zəruri bir addım idi. Lakin bu qərarla problemin yalnız bir hissəsi həll edildi, onun digər hissəsi isə açıq qaldı və insanlar, xüsusilə də iş adamları bu günə qədər devalvasiyanın yaratdığı problemin yükünü daşıyırlar.

Həmən problemlemlərin bir epizodu barəsində danışaq. Bankdan 10 000 dollar kredit götürmüş şəxsə güzəşt tətbiq edilsə də, 10 000+1 dollar məbləğində kredit götürənlərə bu güzəştlər şamil edilmədi. Ən sadə məntiqlə bu güzəştlər məbləğindən asılı olmayaraq dollarla götürülmüş bütün kreditlərin 10 000 dollara qədər olan hissəsinə şamil edilməli idi.

Fikrət Yusifov: “Azərbaycan iqtisadiyyatının onurğa sütununu təşkil edən kiçik və orta biznesin maliyyə əlçatanlığı problemini həll etmək lazımdır. Bu problem illərlədir həll olunmur”.

Belə problemlər çoxdur. Ancaq təəssüf ki, əksər hallarda onların həllinə yardımçı ola bilmirsən. Vəzifə kürsüsünün yüksək mərtəbələrində oturmuş məmurlar isə, ya bu problemləri görə bilmirlər ya da görmək istəmirlər. Əslində daha çox görmək istəmirlər. Heç kim ali rəhbərlik qarşısında hər hansı bir problemin həlli ilə bağlı təkliflə çıxış etmək istəmir, qorxur ki, birdən verdiyi təklif onun əleyhinə işləyər və bu səbəbdən hər kəs öz dərisini qorumaqla məşğuldu. Bu səbəbdən də problemlər həllini tapmır.

Mətbuat səhifələrində dəfələrlə təkliflərlə çıxış edib, bildirmişəm ki, Azərbaycan iqtisadiyyatının onurğa sütununu təşkil edən kiçik və orta biznesin maliyyə əlçatanlığı problemini həll etmək lazımdır. Bu problem illərlədir həll olunmur. Bankların verdiyi kreditlərin faizi normal biznesin rentabellik səviyyəsindən 2-3 dəfə yüksəkdir və bu səbəbdən biznes bank kreditindən yararlana bilmir. Müxtəlif kanallarla biznesə verilən güzəştli kreditlərin həcmi isə simvolik səviyyədədir və bu kreditləri hər sahibkar ala bilmir.

Ümumi Daxili Məhsulunun həcmi 93 milyard manat ətrafında olan bir ölkədə, biznesə verilən güzəştli kreditlərin bir neçə yüz milyon manat həcmdə olması heç anlaşılan deyil. Bu biznesə simvolik bir dəstəkdir. Bu gün ölkənin Neft Fondunda yığılmış 45 milyard dollardan artıq vəsaitin 15-20%-ni çəkinmədən bu problemin həlli məqsədilə istifadə etmək lazımdır. Problemlər çoxdur. Ancaq gördüyüm odur ki, aidiyyatı dövlət strukturları onların həlli ilə lazımınca məşğul ola bilmirlər. Azərbaycan iqtisadiyyatının neftdən, qazdan asılığını optimallaşdırmaq üçün kardinal addımlar atmaq gərəkdir və bunun vaxtı çoxdan çatıb.

Fikrət Yusifov: “Mövcud monpoliya monopolistlərdən başqa kiminsə gətirdiyi məhsulun rentabelli olmasına imkan vermir”.

- Ötən ilin ikinci yarısından başlayaraq dünyada qiymətlər kəskin artmağa başladı. Bu artım həm energetika sahəsini, həm də qida sahəsini əhatə edir. Rusiya-Ukrayna müharibəsi fonunda isə ümumiyyətlə bir çox ciddi analitik qurumlar dünyada qida qıtlığının yaranacağı barədə xəbərdarlıq edirlər...

- Dediyiniz qiymət artımlarının həm obyektiv və həm də subyektiv səbəbləri var. Obyektiv səbəblər bizdən asılı olmayan səbəblərdir. Məsələn, dünya bazarlarında taxta-şalbanın, dəmirin və digər tikinti materiallarının qiymətləri son iki ildə kəskin şəkildə artıb, dünya üzrə ixracın 15 %-dən çoxuna sahib olan Çin son iki ildə daşımalar üzrə xərcləri 10 dəfəyə qədər yüksəldib. Təbi ki, bütün bunlar dünyanın hər yerində məhsulların qiymətlərinin qalxmasına səbəb olub.

Qiymətlərin artımı ilə bağlı bizim ölkənin yaşadığı bir başqa problem isə bizdə olan monopoliyadır. İndi kimsə durub deyə bilər ki, bizdə heç bir manopoliya yoxdur, kim nə istəyir ölkəyə gətirə bilər. Doğrudur, kiminsə nəsə gətirməsinə heç bir qadağa yoxdur. Ancaq mövcud monpoliya monopolistlərdən başqa kiminsə gətirdiyi məhsulun rentabelli olmasına imkan vermir. Bu gün mövcud olan və ilk baxışda gözə görünməyən monopoliya müxtəlif üsullarla yaradırlar. İlk baxışda sən həqiqətən də monopoliyanın olmadığına inanırsan, ancaq gerçəkdə maskalanmış monopoliyanın bazara istədiyi qiymətləri necə diktə etdiyinin şahidi olursan. Bu bütün məhsullara aiddir, ərzaq məhsullarından, dərmanlardan tutmuş tikinti materiallarına qədər bazara qiymətləri bu və ya digər şəkildə monopolistlər diktə edirlər. Bundan qurtulmaq lazımdır.

Energetika sahəsində qiymətlərin yüksəlməsini tətikləyən əsas problem haqqında dəfələrlə mətbuatda yazmışam. Bu həmən sahənin və digər sahələrin məhsullarının və xidmətlərinin maya dəyəri problemi ilə bağlı məsələdir. Bu gün ölkədə heç kim bilmir ki, işığn, qazın, yanacağın, suyun bir vahidinin qiymətləri necə formalaşır, yəni bu qiymətlər hansı xərc elementlərindən ibarətdir və bu xərclərdən hansı gerçək, hansı isə kimlərinsə maraqları şəkilində məhsulun maya dəyərinə daxil edilib.

Fikrət Yusifov: “Vəzifə kürsüsünün yüksək mərtəbələrində oturmuş məmurlar ya problemləri görə bilmirlər ya da görmək istəmirlər. Əslində daha çox görmək istəmirlər”.

Rusiyanın Ukraynaya qarşı başladığı işğalçı müharibə isə bütün dunya ölkələrinə çox ciddi problemlər yaradacaq. Baxın, müharibə səbəbindən Ukrayna 50 milyon ton taxıl məhsulu ixrac edə bilməyəcək, çünki bu mövsüm ölkədəki əkin sahələrinin 50 faizə qədərində səpin aparmaq mümkün olmayacaq. Rusiya hökuməti isə Qərbin sanksiyalarına cavab olaraq cari ilin martın ayının 15-dən etibarən ölkədən buğda, arpa, çovdar və qarğıdalının ixracına qadağa qoydub.

Nəzərə almaq lazımdır ki, Ukrayna Rusiya ilə birlikdə dünya bazarlarına buğdanın təxminən 30%-ni verir. Bu səbəbdən yaxın aylarda inkişaf etmiş ölkələri yüksək infilyasiya, yoxsul ölkələri isə aclıq təhlükəsi gözləyir. Biz də bu vəziyyəti indidən dəyərləndirməyə borcluyuq.

- Ötən ildən başlayaraq dünya iqtisadiyyatında nələr baş verir, hansı səbəblərdən böhran yaranıb və sizcə böhran hansı səviyəyə qədər inkişaf edə bilər?

- Son ümumdünya iqtisadi və maliyə böhranının təməli 2007-2008 illərdə qoyuldu. Dünya bu böhranın fəsadlarını aradan qaldırmağa yaxın olduğu bir vaxtda – 2019-cu ilin sonlarından etibarən Ümümdünya Koronavirus Pandemiyası ortaya çıxdı və bu səbəbdən dünya iqtisadiyyatında ciddi geriləmələr müşahidə olunmağa başladı. Bu xəstəlik ümumdünya fabrikası rolunu oynayan Çindən başladı və sonradan bütün dünya ölkələrinə yayıldı və bu səbəbdən baş verən qapanmalar ayrı-aydı ölkələrin iqtisadiyyatını iflic halına saldı.

Nəhayət, keçən ilin sonlarından Pandemiya səngiməyə başladı və iqtisadi aktivlik də buna uyğun artmağa üz tutdu. Dünya bazarlarında neftin qiymətlərində keçən ilin sonlarından baş verən artımlar, iqtisadi aktivliyin artması fonunda neftə olan təlabatın yüksəlməsi ilə izah olunur.

Dünya iqtisadiyyatı özünə gəlməmiş, bu arada Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başladı və bu beynəlxalq iqtisadi münasibətlərin çarxına uzanan yeni bir əngəl oldu. Avropa Birliyinə daxil olan ölkələrinin qaz təchizanın 40%-ə qədərinin Rusiyadan asılılığı və bütövlükdə Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar da dünya iqtisadiyyatında Pandemiyadan sonra başlamış artım meyllərinə təsirsiz ötüşməyəcək.

- Hazırda yaşanan böhrana Rusiya-Ukrayna müharibəsi və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar hansı təsirləri göstərir?

Bu sanksiyalar bir ölkəyə qarşı tətbiq edilən, tarixdə indiyə qədər misli görünməmiş cəza tədbirləridi. Ən əsası da budur ki, onlar getdikcə daha da genişləndirilir və sərtləşdirilir, bir sözlə Rusiyaya qarşı yeni - yeni sanksiya dalğaları gəlməkdə davam edir.

Fikrət Yusifov: “Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdı, hökumət yaranmış vəziyyətlə bağlı vaxtında müvafiq tədbirlərin alınması üçün hərəkətə keçməlidir”.

Rusiyaya tətbiq olunan sanksiyalardan üç dəfəyə qədər az sanksiyalar tətbiq olunmuş İran gözlərimiz önündədi. Bu ölkədə insanların həyat tərzi olduqca acınacaqlı bir durumdadır, İran millli valyutası uczlaşaraq elə bir hala gəlib çatıb ki, onu nəqd pul şəkilində pul kisələrində deyil, çantalarda daşımaq lazımdır.

Təbi ki, Rusiyaya tətbiq edilən sanksiyalar öz sözünü bir gündən, on gündən sonra deməyəcək. Onların öldürücü təsiri 3 aydan sonra başlayacaq. Bu sanksiyaların Azərbaycana da təsiri ciddi olacaq.

Baxın, Rusiyada yaşayan və əksəriyyəti biznes fəaliyyəti ilə məşğul olan vətəndaşlarımız hər il Azərbaycana - burada yaşayan qohumlarına və yaxınlarına milyardlarla dollar yardım göndərirdilər. Bəzi hesablamalarla bu göndərişlər Azərbaycanın Ümumi Daxili Məhsulunun 10%-dən çox olan bir səviyyədədir. Bu sanksiyaların ağuşunda iqtisadiyyat iflic vəziyyətə düşəcək

Rusiyadan, orada yaşayıb çalışan həmyerlilərimizin Azərbaycana hər ay göndərdikləri yardımların taleyi necə olacaq?

Bu iş adamları yalnız Azərbaycandakı yaxınlarına müxtəlif yatırımlar etmirdilər, onlar həm də Azərbaycan iqtisadiyyatına yatırımlar edirdilər, burada daşınmaz əmlaklar alırdılar. Yaxın gələcəkdə bütün bu işləri görmək mümkün olmayacaq. Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdı, hökumət yaranmış vəziyyətlə bağlı vaxtında müvafiq tədbirlərin alınması üçün hərəkətə keçməlidir.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ən çox oxunanalar