Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hitlerə qarşı döyüşən azərbaycanlılardan neçəsi sağdır?

İkinci Dünya Müharibəsində iştirak etmiş Azərbaycan veteranlarından sağ qalanların sayı açıqlanıb.

Bu barədə Modern.az-a Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda İkinci Dünda Müharibəsi iştirakçılarından 110 nəfər yaşayır. Onların arasında ən qocamanı 107 yaşındadır:

“Veteranlarımız arasında ən yaşlısının 107 yaşı var. O, Hilal İbrahimovdur. Digər veteranlarımız Əhməd Qurbanov 103, Abuzər Quliyev 103, Əli Əzizov 102, Mürsəl Süleymanov 102 yaşındadır. Bundan başqa, 101 yaşlı Fatma Səttarova ən yaşlı veteranlarımızdandır. Əlbəttə, arxa cəbhədə olanların sayı kifayət qədər çoxdur”.

Cəlil Xəlilov qeyd edib ki, sağ qalan müharibə veteranlarından 6-sı qadındır.

Qeyd edək ki, II Dünya müharibəsində Hitler Almaniyasına qarşı müharibədə 640 mindən çox Azərbaycan vətəndaşı iştirak edib, onların təxminən yarısı döyüşlərdə həlak olub. 130-a yaxın Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə və bir çox başqaları öz qəhrəmanlıqları ilə şan-şöhrət qazanıblar.

Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar