Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kaxa Kukava: “Gürcüstan Rusiya vətəndaşları üçün sərhədi bağlaya bilər”

Gürcüstanın Tsxinvali regionunun (qondarma Cənubi Osetiya Respublikası) separatçıları 2022-ci il aprelin 10-da keçiriləcək “prezident seçkiləri”ndən sonra Cənubi Osetiyanın Rusiya Federasiyasına qoşulması ilə bağlı “referendum” keçiriləcəyini elan ediblər.

Cənubi Osetiyanın “prezidenti” Anatoli Bibilov artıq bəyan edib ki, bu ərazinin Rusiya Federasiyasına daxil olması və Şimali Osetiya ilə birləşməsi halında vahid subyekt Osetiya-Alaniya adını ala bilər.

Şimali Osetiyanın özündə də təbii ki, bu ideyanı dəstəkləyiblər. Regionun rəhbəri Sergey Menyaylo bildirib ki, mövcud sərhədlər (əslində söhbət Rusiya-Gürcüstan sərhədlərindən gedir) sadəcə nomenklatur sərhədlərdir.

Maraqlıdır ki, abxaz separatçıları Rusiya ilə birləşməyə qarşı çıxdılar. Belə ki, Abxaziya “Təhlükəsizlik Şurası”nın “katibi” Sergey Şamba bildirib ki, cəmiyyətdə belə bir əhval-ruhiyyə yoxdur:

“Bizim siyasi və ictimai dairələrdə bu məsələ müzakirə olunmur”.

Gürcü siyasi xadim, “Azad Gürcüstan” Partiyasının lideri Kaxa Kukava Oxu.Az-a müsahibəsində Tsxinvali separatçılarının təşəbbüsünü siyasi-hüquqi təxribat və anti-Gürcüstan isterikasının təzahürü adlandırıb:

- Əgər Tsxinvalidə “referendum ideyası elanı və Rusiyanın reaksiyası üst-üstə düşməsə bu, bir o qədər də maraqlı xəbərə çevrilməzdi. Rusiya Federasiyasının yüksək vəzifəli nümayəndələri, deputatlar, parlament komitələrinin rəhbərləri bu fikri dəstəklədilər. Düzdür, bu fikirlər hələlik Kreml səviyyəsində deyil.

Bütün bunlar bizə əsas verir ki, bunun sadəcə Anatoli Bibilovun onda tez-tez baş verən mövsümi kəskinləşməsi deyil, hansısa planın bir hissəsi olduğunu hesab edək.

Bəs niyə məhz indi bu Moskvaya lazım oldu? Axı Gürcüstan hakimiyyəti Ukrayna ilə müharibədə Rusiyaya dəstək verməsə də, ən azı neytral mövqedən çıxış edir. Gürcüstanda isə əhalinin bir hissəsi bunu rusiyayönümlü mövqe kimi qəbul etdi. Ona görə də indi hansı gizli prosesin getdiyini anlaya bilmirəm.

Hamımız anlayırıq ki, “referendum”la bağlı bəyanat Gürcüstanda ictimai rəyin formalaşmasında mühüm rol oynayacaq. Son vaxtlara qədər xalq Gürcüstan hökumətinin fəaliyyətini, Ukraynadakı vəziyyətə neytral yanaşmasını ümumən dəstəkləyib. İndi isə sözügedən təşəbbüs Moskvada təsdiqlənərsə, ictimai rəy kəskin şəkildə əks istiqamətə dəyişəcək, anti-Rusiya əhval-ruhiyyəsi güclənəcək.

- Gürcüstan hakimiyyəti bu “referenduma” necə reaksiya verə bilər? Gürcüstanın Tsxinvali regionda asayişi bərpa etmək üçün hərbi ssenari mümkündürmü?

- Xeyr, güc variantı mümkün deyil. Sadəcə olaraq Gürcüstanın belə resursları yoxdur. Reaksiya variantları fərqli ola bilər. Birincisi: hakimiyyətin bu əhvalatın fərqinə varmadığı görüntüsü yaratmaq, hər şeyi ləngitmək. Ancaq bu müxalifət və insanlar üçün güclü “kozır” ola, onlar küçələrə çıxa bilərlər.

İkinci, daha real ssenari: Hakimiyyət Rusiya Federasiyasına qarşı əvvəllər tətbiq etməkdən çəkindiyi sərt sanksiyalar siyasətini tətbiq edəcək. Gürcüstan sərhədi Rusiya vətəndaşları üçün bağlana bilər. Yəqin bilirsiniz ki, Ukraynada müharibə başlayandan sonra Gürcüstana Rusiya vətəndaşlarının böyük axını qeydə alınıb. Hələlik hökumət buna əngəl törətməyib.

- Yeri gəlmişkən, abxaz separatçıları artıq Abxaziyanın Rusiyaya birləşməsini istəmədiklərini bəyan ediblər. Qondarma Abxaziya və Cənubi Osetiya niyə bu qədər fərqli mövqedədir?

- Abxaziya və Cənubi Osetiya əvvəldən bir-birindən fərqlənib. Abxaziyada hətta Moskvanın iştirakı olmadan da çoxdan abxaz millətçi hərəkatı var idi. Tsxinvalidə qondarma Cənubi Osetiya Respublikası SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən yaradılmış, sonra isə Rusiya Federasiyası tərəfindən dəstəklənmişdir. Abxazlar həqiqətən müstəqillikdən, milli dövlətdən danışırlar, osetinlərdə isə heç bir millətçilik yoxdur. Onlar üçün hansı dövlətə daxil olmağın heç bir əhəmiyyəti yoxdur, əsas odur yaxşı ödəsinlər.

İndi Abxaziyada mülayim qanad – “prezident” Aslan Bjaniya, “Təhlükəsizlik Şurası”nın “katibi” Sergey Şamba və başqaları hakimiyyətə gəlib. Onlar elə millətçilərdir. Məhz onlar gürcülərlə münasibətləri tənzimləmək zərurətindən danışmağa başladılar. Bunlar müəyyən təsir altında olsalar da, Kremlin əlaltıları deyillər. Amma onlar Abxaziyanın müstəqilliyinin kağız üzərində yox, real olmasını istəyirlər. Rusiya Federasiyasının tərkibinə daxil olmaq onlar üçün sadəcə mümkün deyil.

- Ancaq Tbilisi üçün Abxaziyanın müstəqilliyi də qəbul edilməz variantdır?

- Əlbəttə, qəbuledilməzdir. Ancaq onu deyim ki, bir çoxları, o cümlədən mən də Abxaziyanın Gürcüstanın tərkibində abxaz xalqının, dilinin inkişafı ilə bağlı tam zəmanət verilməsi, maliyyə-iqtisadi və siyasi muxtariyyətlərlə geniş muxtariyyət statusunu dəstəkləyirik. Ancaq mən bu məsələ ilə bağlı Gürcüstan ictimaiyyətində konsensus olub olmadığını bilmirəm.

Yeri gəlmişkən, abxazlar üçün Gürcüstanda daha yaxşı olacağına dair başqa bir arqument də var. Gürcüstan sivil dünyaya açılan pəncərədir. Rusiya isə, xüsusən də Ukrayna hadisələrindən sonra İkinci Dünya Müharibəsindən sonrakı SSRİ kimi “dəmir pərdə” arxasında duran ölkədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Ən çox oxunanalar