Bazar, 02 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Türkmənistan prezidentləri telefonla danışıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Prezident İlham ƏliyevPrezident Qurbanqulu Berdiməhəmmədov son illər ərzində Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasından məmnunluqlarını ifadə ediblər. Həmçinin prezidentlər əminlik hissi ilə qeyd ediblər ki, bu əlaqələr bundan sonra da bütün sahələrdə inkişaf edəcək. Dövlət başçılarının birgə səyləri ilə əməkdaşlığımızın bütün sahələrdə uğurla inkişaf etdirilməsinə görə qarşılıqlı minnətdarlıq ifadə olunub.

Söhbət zamanı Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətləri zəminində nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bundan sonra telefon söhbətinə qoşulan Sərdar Berdiməhəmmədovu Türkmənistanın prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edən dövlətimizin başçısı ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Dövlətimizin başçısı Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin bundan sonra da davamlı inkişaf edəcəyinə əminliyini bildirib.

Türkmənistanın yeni seçilmiş Prezidenti Sərdar Berdiməhəmmədov təbriklərə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qaxa dolu düşüb, meyvə ağaclarına ziyan dəyib

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Makronla Paşinyan arasında telefon danışığı oldu

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib - Fotolar 

Ən çox oxunanalar