Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Əziziov Tacikistan parlamentinin sədrini qəbul edib

Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri, Düşənbə şəhərinin sədri Rüstəm Emoməlinin rəhbərliyi ilə Tacikistan parlamentinin üzvləri və Düşənbə şəhərinin rəsmilərindən ibarət geniş tərkibli nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən PİA.az-a verilən xəbərə görə, səfər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri, Düşənbə şəhərinin sədri Rüstəm Emoməlinin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü keçirilib.

Görüşdə qonaqları salamlayan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxt Bakı şəhərinin tarixi, şəhərdə həyata keçirilən layihələr barədə qonaqlara məlumat verib. Qeyd edilib ki, Prezident İlham Əliyevin səyləri ilə Bakı şəhəri keyfiyyətcə yeni səviyyəyə yüksəlib, şəhərdə aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri onu daha da gözəlləşdirib. Eldar Əzizov bildirib ki, “Bu səfər hər iki paytaxt şəhərləri arasında bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni imkanlar açacaqdır.

Azərbaycan və Tacik xalqlarının uzun əsrlərdən bəri dostluq şəraitində yaşadıqlarını söyləyən Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri, Düşənbə şəhərinin sədri Rüstəm Emoməli bildirib ki, ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi önəm verilir. Rüstəm Emoməli Bakıda göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək bu səfərin Bakı və Düşənbə şəhərləri arasında əlaqələrin möhkəmlənməsində xüsüsi rol oynayacağını qeyd edib.

Nümayəndə heyətinin rəhbəri Bakı şəhərinin gözəlliyinə valeh olduqlarını, burada aparılan geniş abadlıq və quruculuq işlərini yüksək qiymətləndirdiklərini bildirmişdir.

Bakı şəhəri haqqında videorolik nümayişindən sonra Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında Memorandum imzalandı və xatirə hədiyyələri təqdim olundu.

Görüşdə Azərbaycanın Tacikistandakı Fövqəladə və Səlahiyyətli səfiri Əlimirzamin Əsgərov və Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli iştirak ediblər.

Səfər çərçivəsində Tacikistanlı qonaqlar Bakı şəhərinin görməli yerlərini gəzəcəklər.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Sevmədiyi adamların əti ilə qidalanan, Rusiyanın ən yaşlı qatili Sofiya Jukova

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Bəzi rənglərdə olan maşınları alan yoxdur: Ən çox satılanlar hansılardır?

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Üç bürcün həyatında xoş dəyişikliklər olacaq    

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Ən çox oxunanalar