Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstiqlal Muzeyində Xocalı soyqırımına həsr olunmuş səyyar tədbir-sərgilər təşkil edilib

Azərbaycan İstiqlal muzeyi Xocalı soyqırımı həftəsi (22-25.02.2022) çərçivəsində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş səyyar tədbir-sərgilər təşkil etdi.

Bəşər tarixinin ən qanlı hadisələrindən olan Xocalı soyqırımını törətməkdə düşmənin əsas məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızların Vətən, torpaq uğrunda mübarizə əzmini illər keçdikcə daha da qüvətləndirmişdir. Məhz bunun nəticəsdir ki 44 günlük Vətən müharibəsində xalq olaraq düşmənə qətiyyətli cavabı verərək tarix boyu Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarını qurban verən bütün şəhidlərimizin qisası döyüş meydadında böyük qəhrəmanlıqla alındı.

Xocalı soyqırımı həftəsi çərçivəsində müxtəlif səyyar sərgilər bütün pandemiya qaydalarına əməl olunmaqla Binəqədi Gənclər evində (24.02.22) və Bülbül adına orta ixtisas musiqi məktəbində (25.02.22) təşkil olundu. Azərbaycan İstiqlal muzeyinin fondlarında qorunub saxlanılan, müxtəlif xarici fotoqraflar tərəfindən çəkilən 20 fotonun nümayiş olunduğu bu tədbir-sərgilərdə muzeyin Elmi-kütləvi işlər və Elmi-ekspozisiya şöbələrinin əməkdaşları öz mühazirələri ilə çıxışlar etdilər. Muzeyin əməkdaşları həftə ərzində 209 və 46 saylı orta məktəblərdə, Xəzər Gənclər evində də Xocalı soyqırımı haqqında mühazirələrini davam etdilər.

Azərbaycan xalqı nəinki Xocalı soyqırımında, Vətən uğrunda canlarını qurban vermiş bütün şəhidlərini heç vaxt unutmur və onların xatirəsini daima yaşadır.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cənab İlham Əliyevə cinayət barədə – Açıq müraciət

Politoloq: Trampın məhkum olaraq qalib gəlməsi ABŞ-da böyük bir konstitutsiya böhranı yaradacaq....

Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar...

Bayden İsrailin HƏMAS-a etdiyi təklifinin təfərrüatlarını açıqlayıb

1 milyondan çox vergi borcu olan şirkət 15 gündə 4 tender müqaviləsi imzalayıb - Foto

Ən çox oxunanalar