Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəkidə yol qəzasında bir ailənin iki üzvü ölüb, ikisi ağır xəsarət alıb - Foto,Yenilənib

Şəkidə bir ailənin dörd üzvü yol qəzasına düşüb, ikisi ölüb, daha ikisi isə ağır xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun Kövər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhəri Nəsimi rayon sakini - 1987-ci il təvəllüdlü Emin Elbrus oğlu Rəsulzadənin idarə etdiyi "KİA Sportage" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə sərnişin qismində olan sürücünün həyat yoldaşı - 1982-ci il təvəllüdlü Səbinə Dilqəm qızı Rəsulzadə və övladı 2019-cu il təvəllüdlü Eldaq Emin oğlu Rəsulzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Sürücü Emin Rəsulzadə və övladı 2013-cü il təvəllüdlü Nəzrin Rəsulzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Şəkidə ağır yol qəzası baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun Kövər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı biri azyaşlı olmaqla, iki nəfər hadisə yerində ölüb. Qəzada ağır xəsarət alan bir nəfər isə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar