Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə: NATO-nun qanad ölkəsidir, yoxsa Avrasiyanın mərkəzi?..

Türkiyə NATO-nun qanad ölkəsi deyil, Avrasiyanın mərkəzi ölkəsi olmalıdır. Bu yolda milli səviyyədə görüləsi işlər var...

R. Bülend Kırmacı
“Aydınlık” qəzeti, Türkiyə, 2 fevral 2022-ci il

Beynəlxalq strukturların da dövlətlər kimi siyasi, hərbi, iqtisadi və sosial əsasları olur. NATO İkinci Dünya Müharibəsindən sonra dünyanı “nizama salan” Atlantik Paktın hərbi dinamikasıdır. İnsan haqları təşkilatları və müşahidəçi təşkilatlar Atlantik Paktın siyasi dinamikasını təşkil edərkən, sosial (iqtisadi deyil) sahədə Avropa İttifaqı, iqtisadi sahədə BVF və Dünya Bankı Atlantik sistemin digər sütunlarıdır.

Dünya nizamını “tənzimləyən” mühüm dönüş nöqtələri - müharibələr, inqilablar, epidemiyalar və ya iqtisadi depressiyalar olub. Asiyada və Avrasiya oxunda inkişaf edən iqtisadiyyatların parladığı bir vaxtda yaşadığımız son epidemiya populist və humanist iqtisadi prosesləri gündəmə gətirdi və Atlantik sistem geri çəkilməyə başladı. Demək olar ki, NATO bizim Atlantik sistemdəki ən böyük əməkdaşlıq nöqtəmiz olub.

Bu, ona görədir ki, aysberqin görünməz hissəsi ilə super NATO hər zaman təsir proseslərində haradasa mövcud olmuşdur. Türkiyənin demokratiyasını inkişaf etdirmək və iqtisadiyyatını gücləndirmək üçün AB-nin Kopenhagen və Maastrixt kriteriyalarına ehtiyacı olmadığı kimi, ərazi bütövlüyünü qorumaq üçün də NATO çətirindən asılı olmamalıdır.

Həqiqətən də, 15 İyuldan sonra NATO-Türkiyə münasibətləri daha intensiv şəkildə araşdırılmağa və bu arada içimizdə üsyan axtarışına səbəb olan mühitlərdə Atlantikin barmaq izləri daha dəqiq müəyyən olunmağa başladı. Digər tərəfdən, NATO daxilində sahib olduğumuz veto hüququnun bütün Kiprin yunanlar tərəfindən udulmasının və ya Ukraynadan yayılacaq və mümkün hərbi münaqişəyə səbəb olacaq böhranın Qara dənizdə işimizi çətinləşdirməsinə mane ola biləcəyini demək olar. Düşünmək olar ki, bu, dolayı yolla Rusiyanın mümkün blokadasına (NATO-ya üzv olması sayəsində) və əslində, hər iki dövlətin (Türkiyə və Rusiya) aldadılmasının qarşısını alacaq. Bu müzakirələr hələ davam edəcək. Digər tərəfdən də bizi Avrasiya dövrünə apararaq get-gedə genişlənəcək.

HEPAR-ın qurucu sədri Osman Pamukoğlu, şübhəsiz ki, NATO ilə bağlı ən təəccüblü təsbitlərdən birini ortaya qoyub. Cənab Pamukoğlunun sözlərinə görə, “NATO kommersiya təşkilatıdır”. Hədəfi düz 12-dən vuran bu təsbit, görünür, İtaliyanı da, İspaniyanı da “qorumayan”, hərbi silah və texnika baxımından asılılığı əbədiləşdirən NATO-nun mahiyyətini təəccüblü şəkildə ortaya qoyur. Həqiqətən də, NATO-nun əbədi lideri ABŞ-dır, lakin dağılan Atlantik sisteminin dilindən də ifadə edildiyi kimi, bir yandan da “beyin ölümü” baş verir.

Yeni bir dünya yaradılır. Bizim üçün də region mərkəzli xarici siyasət və Asiyanın sivilizasiya günəşi çərçivəsində daha rahat bir iqlim yaranır. Bu reallıq sınaqdan keçirilib. Həqiqətən də, bir neçə il əvvəl Kərkükdə qarşısı alınan süni referendumdan Qarabağın Azərbaycana birləşdirilməsinə, Türk Dövlətləri Təşkilatının yaradılmasından Qazaxıstanda son narıncı çevrilişin qarşısının alınmasına qədər Türkiyə hər zaman qalib gəlib.

Türkiyə NATO-nun qanad ölkəsi deyil, Avrasiyanın mərkəzi ölkəsi olmalıdır. Bu yolda milli səviyyədə görüləsi işlər var. Hərbi təhsil sistemimizi atatürkçü prinsiplərlə təkmilləşdirməli, xarici bazalar TSK-nın idarəsində olmalı, ikili qanunlar dərhal ləğv edilməli, muzdlu əmək (qürbətçilər istisna olmaqla) tamamilə ləğv edilməli, peşəkar (ixtisaslaşdırılmış) ordu əsas götürülməlidir. Müdafiə sənayesinə qoyulan investisiyalar artmağa davam etməlidir. Bütün sahələrdə tam müstəqillik prinsipini gücləndirən tədbirlərlə müşayiət olunan Türkiyə gecikmədən Gömrük İttifaqından çıxmalıdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Ermənipərəst Menendes federal məhkəmə tərəfindən bütün maddələr üzrə təqsirli bilinib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Ən çox oxunanalar