Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qətlə görə həbs olunan milyonçu Robert Darst vəfat edib

2021-ci ilin oktyabrında qətlə görə ömürlük həbs cəzasına məhkum edilən amerikalı milyonçu Robert Durst 78 yaşında Kaliforniyanın Stokton şəhərindəki xəstəxanada vəfat edib.

Bu barədə onun vəkili Çip Lyuis məlumat yayıb.

Durstun ölümünə ürək dayanması səbəb olub. O, müayinə üçün həbsxanadan aparıldığı San Xoakin xəstəxanasında dünyasını dəyişib.

2021-ci ilin sentyabrında andçılar heyəti üç günlük müzakirədən sonra milyonçunu 2000-ci ildə yaxın tanışı Syuzan Bermanın qətlində təqsirli bilib. O, ömürlük həbs cəzasına məhkum edilib. Daha sonra milyonçu koronavirusa yoluxub və süni nəfəs aparatına qoşulub. Oktyabr ayında Nyu York Ştat Prokurorluğu Darstı həyat yoldaşının qətlində ittiham etib.

Qeyd edək ki, 2015-ci ildə “The Jinx: The Life and Deaths of Robert Durst” sənədli serialının çəkilişləri zamanı o, bilmədən bir neçə qətli etiraf edib. Milyonçu mikrofonu çıxarmadan vanna otağına keçərkən “Yaxşı, bu qədər. Səni tutdular. Nə etdim? Hamısını öldürdüm”, -deyə bildirib.

Həmin ilin mart ayında Darst Luiziana ştatının Nyu Orlean şəhərində həbs olunub. Uzun illər ərzində o, Bermanı kimin öldürdüyü barədə “heç bir fikri olmadığını” və birinci arvadının başına nə gəldiyini bilmədiyini deyib. (TASS)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

Azərbaycanlı iş adamı çayxanada güllələndi 

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - Polad Həşimovun xanımı

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay