Cümə axşamı, 06 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalqın 1 qəpiyinə də əl uzatmayan Vəzirovdan qohumu yazdı: Anası erməni deyildi…

"Elə bir gündə ölüb ki, Qazaxistan prezidenti rusa qapı açıb, xəbərdarlıq etmədən xalqımı vur deyib"...

Yazıçı-publisist Mehriban Vəzir Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirovun vəfatından yazıb.

AzToday.az xəbər verir ki, qohumu barəsində səsləndirilən yalanlara aydınlıq gətirən Mehriban Vəzir Vəzirovu xalqın 1 qəpiyinə də əl uzatmadığını bildirib:

“Əbdürrəhman Vəzirov dünyasını dəyişdi. Allah rəhmət etsin. Mənim taleyimdə “qızınmadım istisinə, kor oldum tüstüsünə” xislətli bir iz buraxdı, rəhmətlik.

90-ların axırı idi. Aztv-də işləyirdim, müəllif proqramım vardı, öz işimlə məşğul idim. Yaxamdan tutub meydana çəkdilər, dedilər: çıx efirə, de ki, Vəzirovun anası ermənidi. Dedim: Tovuz xala erməni deyil, xalis türk qızıdı. Dedilər, bilir, deyir, öz qohumu desin. Desin, olsun bizim adam, adını siyahıya salacağıq, bütün qapılar üzünə açıq olacaq.

O vaxt Aztv-nin sədri Nizami Xuduyev idi, bu təklifi isə mənə sədr müavini rəhmətlik Məmmədəli Zülfüqarov çatdırdı.
İmtina etdim və… o gündən müsibətlərim başladı… əvvəlcə efirdən uzaqlaşdırdılar… sonrasını yazmayım… yazmaq da, danışmaq da asan deyil…

İndi bu adam ölüb. Və elə bir gündə ölüb ki, Qazaxistan prezidenti rusa qapı açıb, xəbərdarlıq etmədən xalqımı vur deyib. Müqayisə üçün, əlbəttə, görə bilənlərin, tarixi bilənlərin və şahidlərin müqayisə etməsi üçün yaxşı dəlildi…

Bu adam elə bir gündə ölüb ki… bu ölkənin hər bir insanı rüşvətin çürütdüyü bir toplumun günahsız qurbanıdı… bunu da müqayisəni insafla edə bilənlər bilir…

Bilən çox şeyi bilir… gerisini yazmayım…

Əlbəttə, Əbdürrəhman Vəzirov bir sovet yetirməsi idi, klassik kommunist idi, lakin həm kommunist, həm yağmaçı deyildi… yüzillərə dayalı şəcərəsindən gələn təmizliyi, dürüstlüyü, nəcibliyi vardı… insanlıq və idarəetmə üçün hava-su kimi lazım olan bir keyfiyyəti – insafı vardı…

Fb-də yazılanların bəzilərinə göz yetirdim… məmnunam ki insanımız (əlbəttə, çoxluq) Aztv-nin dili ilə danışmır, gördüklərini, eləcə də öz hekayələrini nağıl edir. 30 ilin böhtan təbliğatı gerçəkləri yuyub aparmayıb…
Nə isə…

Amma çox məmnunam ki, mənim soyumdan olan biri dövlətin və xalqın bir qəpiyinə belə əl uzatmadı… gözütox gəldi, gözütox getdi…

Allah rəhmət etsin…

Rəhmət oxuyanların da köçənlərinə Allah rəhmət etsin…”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Toğrul Musayev, ədliyyə sistemində etdiklərinizə görə Allah Sizə layiq olduğunuzu versin"

AZAL-ın biletləri qonşulardan niyə bahadır? – Yeni prezident Samir Rzayevin paralel dünyası…

Paşinyan Qalstanyan aksiyalarından yararlanaraq sülh sazişindən qaça bilər?

Xəzərin suyu çəkildi - Sumqayıt tərəfdən elə şeylər aşkarlandı ki ... - Video

COP29 Könüllülük Proqramına qeydiyyat başa çatıb - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu təlim zamanı həlak olub

Şəhid qardaşı: Onun həyat yoldaşı ilə üç övladının da tapılacağına ümidliyik

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt məlum olub

Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərindən danışıb

“iPhone 16”da yeni bir düymə olacağı açıqlandı

Ən çox oxunanalar