Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə Nazirliyi əhali arasında kütləvi virusun yayılmasının səbəblərini açıqlayıb

Səhiyyə Nazirliyi son zamanlar Azərbaycanda insanlar arasında kütləvi virusun yayılmasının səbəblərini açıqlayıb.

Nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “Report”a bildirib ki, hazırda həm uşaqlar, həm də böyüklər arasında yüksək hərarət və digər oxşar əlamətlərlə özünü büruzə verən respirator virus infeksiyaları yayılıb.

“Əhali arasında kütləvilik təşkil edən xəstəlik mövsümü xarakter daşıyan kəskin respirator virus infeksiyalarıdır. Bu viruslar da adətən soyuq aylarda alovlanır və say artır. Hər il demək olar eyni mənzərə müşahidə edilir və bu il də istisna deyil”, - o vurğulayıb.

Nazirlik rəsmisi bildirib ki, əvvəlki illərlə müqayisədə indi rəqəmlərdə artım var: “Buna səbəb əvvəlki illərdə pandemiyaya görə bir sıra qapanmaların olmasıdır. Hazırda isə bir çox qadağalar aradan qaldırılıb. Bunu nəzərə alsaq hazırda ölkədə mövsümü virusa yoluxma səviyyəsi əvvəlki illərdə qeydə alınan göstəricilərlə eyni səviyyədədir. Yəni indiki kütləvi xəstələnmə mövsümü xarakter daşıyır. Hesab edirəm ki, müəyyən vaxtdan sonra belə xəstələrin sayı azalacaq”.

Mütəxəssis eyni zamanda, əhaliyə müraciət edib: “Əgər insanlarda yüksək hərarət, baş ağrısı, burun axması, öskürək və s. kimi əlamələtlər olsa, ilk növbədə özlərini təcrid etsinlər və başqa şəxslərlə mümkün qədər təmasları azaltsınlar. İmkan daxilində ayrı otaqda qalmaq lazımdır və digər ailə üzvləri ilə təmas kəsilməlidir. Virusa yoluxan şəxsin özü və ailə üzvləri maska taxmalı, sonra həkimə müraciət edilməlidirlər. Lazım gələrsə ondan koronavirus əleyhinə test götürə bilər. Məktəbə və ya bağçaya gedən uşağı olan valideynlər daha diqqətli olmalıdır. Əgər kiminsə övladının səhhətində narahatlıq yaranıbsa, onu məktəbə və ya bağçaya göndərmək olmaz. Çünki məktəbyaşlı uşaqlar bu cür infeksiyaların kütləvi yayılmasına səbəb ola bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

​​​​​​​Azər Maqsudovun məhkəməsi davam etdirilib, qızı ifadə verib

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay