Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Balkanların gələcəyi - Regionun yenidən münaqişə mühitinə sürüklənməsi fərziyyələri güclənir...

Taha Kılınç
“Yeni Şafak” qəzeti, Türkiyə, 22 dekabr 2021-ci il

Avropa İttifaqı Təhlükəsizlik Araşdırmaları İnstitutu (EUISS) tərəfindən müntəzəm olaraq nəşr olunan “Chaillot Paper” adlı ətraflı hesabatın 147-ci nömrəsi Balkanların gələcəyinə həsr olunub. “2025-ci il üçün üç ssenari” başlığı ilə təqdim edilən 73 səhifəlik hesabatda olduqca diqqətçəkən detallar yer alıb. Girişdə verilən məlumatda, 2018-ci ilin yanvar-aprel ayları arasında Brüssel, Belqrad, Sarayevo, Skopye və Tiranda keçirilən silsilə görüşlərdən sonra yetişən hesabatın hazırlanmasında 200-ə yaxın adamın iştirak etdiyi bildirilib.

Hesabata görə, Balkanların yaxın gələcəyinə baxılırsa, xüsusən də 2025-ci ilə daxil olarkən, üç mümkün ssenaridən danışmaq olar:

1) Yunanıstan və Makedoniya Respublikası arasındakı “ad məsələsi”nin həllindən başlayaraq, bütün Balkanlara nikbinlik havası yayılacaq. O zaman Kosovo ilə Serbiya arasında münasibətlər öz yolunda gedəcək. İqtisadi artımla eyni vaxtda işsizlik azalacaq və daxili bazarda kadr tələbatı artacaq, buna görə də Balkan xalqları artıq dünyanın başqa ölkələrinə işçi kimi getməyəcəklər. Monteneqro və Serbiya Avropa Birliyinə (Aİ) üzv olacaqlar. Hər bir ölkə özünü səliqəyə salacaq və qanunun hakim olduğu sistemlər quracaq. Beləliklə, korrupsiya və mütəşəkkil cinayətkarlıq aradan qaldırılacaq.

2) Balkanlarda qismən irəliləyiş müşahidə olunacaq, lakin xüsusilə Aİ proseslərində pozulmalar müşahidə olunacaq. Siyasi qərar prosesləri qurumların deyil, fərdlərin və müəyyən mərkəzlərin əlində olacaq. Müəyyən gərginliklər olsa da, həll ediləcək. Kosovo ilə Serbiya arasında dialoq qurulsa da, tam normallaşma baş verməyəcək. Etnik mənşəyə əsaslanan siyasətlərin qabarıqlması Bosniya və Herseqovinada da müşahidə olunacaq. Serb Respublikası ittifaqdan çıxmaq əlamətlərini göstərməyə başlayacaq. Regional təhlükəsizlik və sabitliyin kövrəkliyi davam edəcək. Rusiya Balkanlarda sabitliyi təhdid edən xarici amil kimi təsirini artıracaq. İşsizlik və digər problemlər gündəmdə qalacaq.

3) Balkan ölkələrində Aİ-yə inteqrasiya prosesləri mərhələli şəkildə dayandırılacaq. Əvəzində geosiyasətə və daxili münaqişələrə əsaslanan dövr başlayacaq. Serbiya-Kosovo dialoqu Kosovonun daxili siyasətində böyük çatlar yaradacaq. Bu da öz növbəsində Serb Respublikasını Bosniya və Herseqovinada öz müstəqilliyini əldə etməyə aparacaq. Sərhədlərin yenidən müəyyənləşməsi qansız ola bilməyəcəyindən, təbii ki, Balkanlar yenidən münaqişə və müharibə girdabına sürüklənəcək. Monteneqro və Albaniya hökuməti ölkə daxilindəki mafioz strukturlara və cinayətkar təşkilatlara qarşı dayana bilməyəcək. Serbiyada ölkənin istiqamətini tamamilə Rusiyaya çevirəcək dərin dövlət ünsürləri hakimiyyətə gələcək. Rusiyanın Balkanlarda - ilk növbədə hərbi sahədə təsiri daha da dərinləşəcək.

Balkanların yaxın gələcəyi üçün bu üç mümkün ssenarini irəli sürən “Chaillot Paper” regionun üzləşdiyi qeyri-sabitliyin 6 əsas səbəbini aşağıdakı kimi sadalayıb:

1) müxtəlif səbəblərdən demək olar ki, hər bir ölkədə əhalinin azalması;

2) işsizliyin yüksək səviyyədə olması və dövlət borcunun artması;

3) qüsursuz və fəaliyyətsiz olan qurumlar;

4) mədəniyyət və millət mərkəzli bölmələrin artması;

5) dövrün ehtiyaclarından geri qalan təhsil sistemləri və kurikulumlar,

6) qloballaşma, texnologiya və urbanizasiyanın böyüməsindən doğan çoxölçülü problemlər.

Hesabatda diqqət çəkən başqa bir məqam Balkanlarda nüfuzlu “altı qeyri-regional oyunçu”nun qeyd olunması idi. Bunlar Aİ, NATO, Rusiya, Çin, Türkiyə və Körfəz ölkələri (xüsusilə Birləşmiş Ərəb Əmirlikləri) kimi qeyd edilib.

Aİ və NATO regionu öz orbitində saxlamağa çalışsa da, Rusiya ənənəvi “panslavizm” siyasətini davam etdirir. Çin infrastruktur və nəqliyyat sahəsindəki boşluğu doldurarkən, Türkiyə “Osmanlı missiyasını” davam etdirir. Körfəzin Balkanlara marağı iqtisadi və ideoloji olmaqla iki sütundan ibarətdir. (Hesabatda “vəhhabiliyi yaymaq” missiyasından bəhs edilsə də, BƏƏ-nin belə bir motivasiyasının olmadığı aydındır.)

2018-ci il hesabatından indiki və gələcəklə bağlı ipucları toplamağa çalışmaq çox öyrədicidir. Çünki Balkanların yenidən münaqişə mühitinə sürüklənməsi ilə bağlı fərziyyələr güclənir. Gəlin bundan özümüzə bir tapşırıq çıxaraq: Balkanları mərhələ-mərhələ öyrənmək, mənzərəsini yaratmaq, həm dövlət, həm QHT-lər, həm də bütün fikir mərkəzləri kimi müxtəlif alternativlərə uyğun strategiyalar hazırlamaq üçün biz nələr edirik?

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Ən çox oxunanalar