Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfəvilərin yolu ilə gedən İran xomeynizmi...

İran Səfəviləri beş əsr əvvəl ərəb dünyasını sıxışdırmaq üçün Portuqaliya müstəmləkəçi dövləti ilə razılaşmışdılar. Bu, hazırda Yaxın Şərqdə məzhəbçi xomeynizm ilə bir sıra Qərb ölkələri arasında təkrarlanır...

Hamad Macid
“Şarkul Avsat” qəzeti, 14 dekabr 2021-ci il

İranın Yaxın Şərqdəki təhlükəli və çılğın ideoloji, siyasi və hərbi fəaliyyətini müşahidə etdikdə yaşanılan tarix, planlar, taktika və məqsədlər baxımından dərhal oxşar tarixi hadisələri xatırlayırıq. Xüsusən də Səfəvi dövlətinin tarixi və ssenariləri, bu gün təkrarlanan Portuqaliya müstəmləkəçiliyi və beynəlxalq xomeynizmin dəyişikliklərlə ayaqlaşmaq üçün yalnız kiçik toxunuşlar edərək Səfəvilərin yolu ilə getilini görə bilirik.

İranın siyasi səhnəsi sadə məəsələlərdə aldadıcı ola bilər. “Amerikaya ölüm”, “İsrailə ölüm” kimi inqilabi şüarlar Tehranda, Qumda, Nəcəfdə, sonra Dəməşqdə və Yəməndəki Səadada səslənir. Həmçinin, İsrailə qarşı olan müqavimətə dəstək kimi zəifləri dəstəkləmək üçün səsləndirilən müxtəlif aldadıcı şüarları da işlədirlər. Bununla belə, bu nəhəng şar bir neçə iynə toxunuşu ilə partlaya bilər. Bu toxunuşlardan biri də israillilərin İsrail sərhədindən cəmi bir neçə kilometr aralıda olan Həsən Nəsrullaha və onun ideoloji partiyasına göz yummasıdır. Digər bir məqam İranın nüvə reaktorunun vurulmasının təsdiqlənməsidir, amma boş təhdidlər də göz qamaşdırmaq üçün kifayət edir. Əsas məsələ odur ki, İran xomeynizmi üzərində yerləşən və Yaxın Şərqdəki bir çox Qərb ölkələrinin məqsəd və istəklərinə uyğun gələn pərdə aradan qaldırılsın. Necə ki, İran Səfəviləri də beş əsrdən əvvəl ərəb dünyasını sıxışdırmaq üçün Portuqaliya müstəmləkəçi dövləti ilə razılaşmışdılar. Bu, hazırda Yaxın Şərqdə məzhəbçi xomeynizm ilə bir sıra Qərb ölkələri arasında təkrarlanır.

Tarixi faktlar onu göstərir ki, Səfəvilər 16-cı əsrin əvvəllərində müstəmləkəçi güc olan Portuqaliyanın Səfəvilərə Yaxın Şərqdə apardıqları müharibədə köməklik edəcəyi və İran daxilində mübarizə aparan sünni müqavimət hərəkatlarını aradan qaldırmaq vədi müqabilində onlardan faydalanaraq Fars (Ərəb) körfəzinə daxil olmaq, Hörmüz boğazına hakim olmaq, Bəsrə, Bağdad, Hələbdən Dəməşq limanlarına qədər uzanan ticarət xəttinin taleyini müəyyən etmək və missiyalarını asanlaşdırmaq üçün ittifaq yaratmışdılar.

Həmçinin, Səfəvilərin ən təhlükəli planı 1508-ci ildə Bağdadı ələ keçirdikdən sonra Hicazın (Xaremeyn-i Şərifeyn) fəthi, daha sonra Misir və Dəməşqi ələ keçirmə cəhdləri idi.

İndi 16-cı əsrin əvvəllərindəki Portuqaliya-Səfəvi müqavilələri ssenarisi 21-ci əsrin əvvəllərində bir sıra böyük dövlətlərin təsiri ilə təkrarlanır və Xomeyni razılaşmalarına çevrilir. Səfəvilər də Hörmüz boğazında Portuqaliyanın nəzarətini və Fars körfəzində hərbi və ticarət gəmiçiliyini qəbul etdikləri kimi, Xomeynçilər də İraq, Suriya və Livanda xomeynizmin hegemonluğu və siyasi-ideoloji nüfuzu müqabilində Qərbin İraqa hücumunu tələb edirdilər.

Məncə, Səudiyyənin husi terror hərəkatının hərbi imkanlarını zərərsizləşdirmək məqsədlərindən biri də bu təhlükəli və dağıdıcı terror planlarına qarşı qabaqlayıcı və çəkindirici rol oynamaqdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar