Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mütəxəssis: "Ürək xəstəliyi olanlar COVID-19-u daha ağır keçirir"

“COVID-19 infeksiyası tənəffüs yollarının xəstəliyi kimi görülsə də, əsasən xəstəliklə bağlı ölümlərin üçdə biri ürəklə əlaqəli səbəblərə görə baş verir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi İlqar Tahiroğlu deyib. O bildirib ki, bu ölümlər ya ciddi ritm pozğunluğu, ya da ürəyin zədələnməsinin nəticəsidir: “Buna görə də reanimasiya şöbələrində ürəklə bağlı ölümlər ön plandadır.

COVID-19 virusu əsasən damarların tutulmasına səbəb olur. Buna görə də bu virus damar olan yerdə ciddi problemlər yarada bilər. Virusun yaratdığı ən mühüm problem onun damardaxili laxtalanmaya səbəb olmasıdır. Bu vəziyyət bir tərəfdən ağciyərlərdə tutulmaların əsasını təşkil edir, digər tərəfdən də infarkt keçirməyi asanlaşdıran faktor kimi görünür”.

İ. Tahiroğlu qeyd edib ki, COVID-19 mövcud ürək xəstəliklərinin ağırlaşmasına səbəb olur: “COVID-19 virus mənşəli xəstəlikdir və bütün orqanlara təsir etdiyi kimi ürəkdən də yan keçmir. Ürək çatışmazlığı, ürək xəstəlikləri olan insanlar COVID-19-u daha ağır keçirir. COVID-19 ürək əzələsinin iltihabına səbəb olur. Bu zaman əzələ gücü zəifləyir və ürək çatışmazlığına gətirib çıxarır. Həmçinin ürəkdə aritmiya nəticəsində xəstədə mədəcik mənşəli döyüntü pozğunluğu yaranır və bu, ürək dayanmasına qədər gətirib çıxarır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

"Eagle Partner 2024" təlimi: Azərbaycan, Rusiya və İran hədəfdə

Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu təbrik edib

BMT Qəzzada humanitar fasilə ilə bağlı razılıq əldə edib

Ən çox oxunanalar