Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatın qardaşının villasında qətl

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Möhbalıyevin qardaşının bağ evində qətl törədilib.

“Kriminalqafqaz”ın əldə etdiyi özəl məlumata görə, hadisə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon şöbəsinin sabiq rəisi, polkovnik Faiq Möhbalıyevin Novxanı qəsəbəsində yerləşən bağ evində baş verib.

F.Möhbalıyev 2018-ci il mart ayında vəfat etdiyindən həmin ev hazırda onun oğlu Suliddin Möhbalıyevin adınadır. Suliddin Möhbalıyev babasının adını daşıyır.

Qətl hadisəsi isə sentyabrın 29-u gecə saatlarında baş verib. Hələlik adı istintaqla rəsmi təsdiqlənməyən şəxs Suliddin Möhbalıyevin villasına oğurluğa girib. Həmin zaman gözətçi Ramin Əlixanov külünglə onu başından vuraraq öldürüb. Daha sonra meyiti qonşunun yaşayış olmayan evinin həyətində basdırıb.

Cinayətin üstü açıldıqdan sonra R.Əlixanov həbs edilib.

Qeyd edək ki, Səttar Möhbalıyev Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla qudadır. Həsənovun kürəkəni İsfəndiyar Möhbalıyev isə uzun illər paytaxtın Yasamal, Xəzər və Qaradağ rayon Polis İdarələrinin rəisi olub. Daha sonra öz ərizəsi ilə polis orqanlarında xidmətdən xaric edilib. İsfəndiyar Möhbalıyevin artıq xaricdə yaşadığı bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar