Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftçalada İkinci Qarabağ Şəhidləri anılıb - Foto

Bu gün İkinci Qarabağ Savaşı şəhidləri, baş leytenant Mahmud Təhmasib oğlu Məlikov, Əsgər Mehman Xudaşükür oğlu Əliyev və Əsgər Mais Şakir oğlu Səfərovun anım günləri keçirilib. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Neftçala Rayon Təşkilatının üzvləri şəhidlərin məzarlarını ziyarət ediblər.

VHP Neftçala Rayon Təşkilatının sədri, Millət Vəkili Sabir Rüstəmxanlının köməkçisi Fərman Hüseynov Vətən Müharibəsinin başlanma tarixindən, müharibə zamanı Ordumuzun və Azərbaycan Xalqının qəhramanlığından danışıb. Bildirib ki, İkinci Qarabağ Savaşı bir qəhramanlıq, şücaət və vətən sevgisi salnaməsidir. Həmin salnaməsini şəhidlərimiz qanlarıyla yazdılar. Canlarını Vətən torpağına qurban verməklə bu torpaqların müqəddəsliyinə, heç kimə verilməyəcəyinə əminlik nümayiş etdirdilər. Biz Azərbaycan Xalq Cümhuriyyətini xalq olaraq müqəddəs amallar üzərində qurduq, Cümhuriyyət qurucuları canlarını verdilər bu yolda. İstiqlalımızı ikinci dəfə bərpa etməklə yenidən Vətən uğrunda can verdik. Qarabağı işğaldan azad etməklə oğullarımız canlarını fəda etdilər. Biz bu ölkəni canımız, qanımız və oğullarımızın qəhrəmanlığı hesabına qurmuşuq.

Tədbirdə çıxış edən yazıçı-publisist Ələkbər Zahidov bildirib ki, 44 günlük savaşda Azərbaycan xalqı bir yumruğa dönərək, “Torpaq uğrunda ölən varsa vətəndir” amalını təsdiqlədilər. On minlərlə gənc İkinci Qarabağ savaşında erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, ölkədə hər kəs milli birlik nümayiş etdirdi. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

Ən çox oxunanalar