Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Gömrük Komitəsindən İranla sərhəddəki vəziyyətlə bağlı açıqlama

Ötən gün bəzi kütləvi informasiya vasitələrində İran-Rusiya birgə Ticari Palatasının direktorlar şurasının üzvü Seyid Cəlalifərin verdiyi açıqlamaya istinadən Astara gömrük-sərhəd keçid məntəqəsinin İran tərəfində böyük sıxlığın yarandığı barədə məlumatlar yayılıb. Bunu guya Azərbaycan tərəfinin İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda qəsdən etdiyi vurğulanıb.

Bunu Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəisi Natiq Axundov özünün "facebook" səhifəsində yazıb.

"Dövlət Gömrük Komitəsi bildirir ki, bu kimi məlumatlar əsassızdır və həqiqətə uyğun deyil. Astara gömrük-sərhəd keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir və İrandan Azərbaycana son on gündə əvvəlki günlərlə müqayisədə daha çox yük nəqliyyat vasitəsinin keçidi təmin olunub ki, İran rəsmisi bu statistikanı da öz ölkəsinin müvafiq qurumlarından rahatlıqla əldə edə bilər. İran tərəfində yaranan sıxlığa gəlincə isə qeyd edək ki, bu sırf İran tərəfində yaranan problemlərdən qaynaqlanır. Belə ki, oktyabrın 15-dən 16-na qədər 10 saat ərzində İran tərəfində kompüter sistemində yaranan nasazlıq və bu müddət ərzində yük avtomobillərinin keçidinin təmin olunmaması, eləcə də İranın Astara şəhərində meyvə-tərəvəz anbarlarında yükləmə-boşaltma əməliyyatlarında mövcud olan uzun növbələr sıxlığın yaranmasına səbəb olub. İran tərəfindəki problemlərdən qaynaqlanan sıxlıqda Azərbaycanı günahlandırmaq və buna siyasi don geyindirmək yolverilməzdir və təəssüf doğurur".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Ermənipərəst Menendes federal məhkəmə tərəfindən bütün maddələr üzrə təqsirli bilinib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Ən çox oxunanalar