Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hadrutda "Oxuyur Vətən" - AzTV-nin yeni lahihəsi... Video

Azərbaycan Televiziyasının Vətən müharibəsinin ildönümü münasibətilə hazırladığı layihələrdən biri də “Oxuyur Vətən”dir.

PİA.az xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, musiqili layihə işğaldan azad olunmuş torpaqlarda çəkilir və torpaqların işğaldan azadolunma tarixlərində yayımlanır.

İlk buraxılış Suqovuşanda çəkilib və onun işğaldan azad olunduğu gün yayımlanıb.

Növbəti buraxılış isə bu gün – 9 oktyabr saat 21:00-da AzTV-də yayımlanıb.

Hadrutun işğaldan azad olunmasının ildönümü münasibətilə qəsəbənin müxtəlif məkanlarında çəkilişlər aparılıb.

Çəkilişlərdən biri Hadrut qəsəbəsində qədim alban kilsəsində edilib.

Musiqi parçalarından biri Hadrut qəsəbəsində ermənilərin işğal dövründə müqəddəsləşdirdiyi və mərkəzdə yerləşən parklardan birində ifa olunub. Xor ifa edən musiqiçilər parkda Azərbaycan və Türkiyə bayraqlarına bürünüblər. Onlar “İgidim, aslanım” musiqisini ifa ediblər.

Layihənin məqsədi musiqinin dili ilə erməni vandalizmini nümayiş etdirmək, torpaqlarımızın işğal dövründə düşmən tərəfindən viran qoyulduğunu dünyaya göstərməkdir.

“Oxuyur Vətən”in növbəti buraxılış Füzulidən yayımlanacaq.

Layihə rəhbəri, quruluşçu rejissor Elnur Qədirov, rejissor Tərlan Tağıyev, quruluşçu operator Nicat Nağızadə, redaktorlar Təhminə Yusifova, Mintac Elsevər, Nuray Əliyevadır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar