Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaxın möhtəşəm Kürmük məbədi - Video

Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir.

Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloji qazıntılar nəticəsində 2006-cı ildə məbədin ərazisində qədim tikili qalıqları aşkar edilib.

Hazırda məbədə xeyli sayda yerli və xarici turist gəlir. Bu təbiət mənzərəsinin içərisində olan tikilinin möhtəşəmliyini seyr etmək üçün gələnlərin sayı günü-gündən artmaqdadır. Qazıntılar zamanı məbəddə müxtəlif əsrlərdə bərpa işlərinin aparıldığı ortaya çıxıb. Tarixçi Faiq Sofiyev deyir ki, rəvayətə görə, Kürmük məbədinin ərazisindəki hündür qayalıq ərazidə keçmişdə Ay məbədi mövcud olub. Antik mənbələr, həmçinin arxeoloji-etnoqrafik araşdırmalar da bu ərazidə vaxtilə Ay məbədinin olduğunu söyləməyə əsas verir. Məbəd dövlət tərəfindən qorunur. Dəniz səviyyəsindən 590 metr yüksəklikdə yerləşən məbədin mühafizəsi və təmizliyi də məsuliyyət tələb edən bir işdir.

Qeyd edək ki, ildə iki dəfə olmaqla, may və noyabr aylarında Kürmük məbədi ətrafında Kürmükoba bayramı qeyd olunur. Tarix boyu Kürmük çayının şərəfinə keçirilən, ay və su ilə bağlı qədim məhsuldarlıq ayininin izlərini daşıyan Kürmükoba bayramı öz ilkin mahiyyətini itirməyib. Burada dinindən, inancından, milliyətindən asılı olmayaraq hər kəsə ibadət etmək üçün şərait yaradılıb. Kürmük məbədi həm də multikultural dəyərləri özündə birləşdirən tarixi bir abidədir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar